Sunday, February 27, 2011

The St. Regis Lhasa Resort

Bu gördüyünüz möhtəşəm istirahət mərkəzi Çində, Tibet dağlarında yerləşir. 2010-cu il Noyabrın 15-dən fəaliyyət göstərən bu düşərgə qısa zamnda turistlərin diqqətini çəkməyə başladı.Dənizdən 3680 m hündürlükdə yerləşən bu layihə 162 lux villa və suitdən ibarətdir.


Dizaynında hər nə qədər tarixi, etnik və milli ənənələrə üstünlük vürilsədə The St. Regis Lhasa tam yeni texnologiyalarla təhciz olunub. Minimum otağ sahəsi 60 kvadrat metrdir. Beləki, bütün otaqlar plazma TV və yüksək sürətli internetlə təhciz olunub. Oteldə qızıl döşəməli hovuz, yoga və pilates üçün sahə, habelə 1000 kvadrat metrdən böyük SPA mərkəzi fəaliyyət göstərir.
Bundan başqa oteldə, dünya mətbəxləri ilə bərabər Çin mətbəxinin yeməklərinin də təqdim olunduğu 3 restoran, 140 dan çox içki və sigar növünün təqdim olunduğu bar və çay otağında müxtəlif desertləri dadmaq mümkündür. 

No comments:

Related Posts Plugin for WordPress, Blogger...