Beləki,geyimi və gözəlliyi ilə ən bəyəndiyim 4 xanım bunlardır.Gecənin ən möhətşəm seçim etmiş xanımı Versace imzalı mavi libası ilə Jessica Alba idi. Bu rəng "Qırmızı Xalça" törənlərinin ən çox üstünlük verilən rənglərindədir. Lakin uzun zamandır bu qədər gözəlini görməmişdim. Jameela Jamil isə möhtəşəm Dolce&Gabbana libası ilə gecəyə qatılmışdı. Gecənin bir digər gözəl xanımı isə Emma Watson idi. Son zamanlarda fərqli tərzi və düzgün seçimləri ilə "Qırmızı Xalça"-nın ən uğurlu xanımlarından olan Emma bu dəfə Valentino-dan tək çiyinli zərif geyim ilə qatılmışdı. Gecəyə Tom Ford ilə birgə gələn Julianne Moore isə, elə Tom Ford-un hazırladığı libasda idi. Tünd mavi tonlardakı məxmər libas aktrisanın qızılı saçları ilə çox uyğun və gözəl görsənir.
BAFTA-nın digər gözəl seçim etmiş xanımları isə Rosamund Pike-nin Alexander McQueen imzalı və Amy Adams-ın isə Elie Saab imzalı libaslarıdır. Hər iki xanım bu geyimlərdə çox gözəl görsənir. Nəhayət ən gözəl qara libası Gemma Arterton Yves Saint Laurent-dən seçmişdir.Üzərindəki böyük mavi bant isə geyimə fərqli bir rəng qatıb. Yaşına və zərafətinə ən uyğun seçimi isə Annette Bening etmişdir. Beləki, bu ağ satin libas Marchesa-dandır.
No comments:
Post a Comment