Yəqin ki, çoxunuz son bir həftədir hər yerdə "Transformers 3" fırtınasının əsdiyini hiss edirsiniz. 3 dəfə filmi izləmək üçün Park Bulvara getsəm də, ya vaxt, ya da yer problemi yaşadım.İlk iki bölümündə Megan Fox-un baş qadın oyunçu kimi yer aldığı "Transformers"-in üçüncü bölümündə məşhur ingilis model Rosie Huntington Whiteley çəkilmişdir. Bəlkə də, buna görə filmi izləmək üçün bu qədər həyəcanlanıram. Xanımın gözəlliyi, fərqli üz cizgiləri və möhtəşəm bədən quruluşu həqiqətən çox cəlbedicidir. Daha əvvəllər Rosie-ni Burberry-nin reklamlarında və Victoria's Secrets-in mələkləri arasında görmüşdük(burdan baxa bilərsiniz). Lakin,heç birində "Transformers 3"-ün dünya primyeralarındakı qədər diqqətimi çəkməmişdi. Xüsusilə də, qırmızı xalça törənlərindəki uğurlu seçimlərini görməmək mümkün deyildi. Maxim jurnalının sıralamasında ilin ən sexy xanımı titulunu alan Rosie, təbii ki bütün primyeralar ərzində bunu sübut etdirməli idi. Məncə öhdəsindən uğurla gəldi. Buyurun sübutu ortadadı.
İndi isə xanımın, kinonun primyera dövründəki seçimlərinə göz gəzdirək.
1.Parlaq Naeem Khan don Rosie çox gözəl yaraşıb. Hətta ən gözəl seçimidir deyə bilərəm.
2. London primyerasında xanım möhtəşəm tünd göy satin Burberry don geyinmişdir. Dərin V-yaxalı don cəsur xanım üçün idel seçim olub.
3. London primyerasından sonrakı partiyə xanım yenə də Burberry Prorsum imzalı, sadə və işləməli, ağ don seçmişdir. Maraqlısı isə bu don Resort 2012 kolleksiyasındandır. Təxmini gələn ilin yaz aylarında satışa çıxarılacaq bu geyim 1-2 həftə olarkı təqdim olunub. Ayaqqabı Burberry, klarç seçimi isə Salvatore Ferragamo-dur.
4.Berlin primyerası üçün Rosie daha bir sadə və v-yaxalı don seçmişdir.Stella McCartney imzallı donu xanım Cristian Louboutin marka platformaları ilə tamamlamışdır.
5.Sexy xanımların seçimi arasında əlbəttə ki, qırmızı rəng olmasa olmaz. Rosie-nin seçimi isə Antonio Berardi imzalıdır.
6.Michael Kors imzalı ağ şalvar, bluzdan və aviator eynəklərlə ibarət daha bir uğurlu görüntü.
7.Dolce&Gabbana smoking fərqli və uğurlu seçimdir. Jimmy Choo ayaqqabılarını isə bu dəfə bəyənmədim.
8.Birinci fotodakı özünə məxsusluğu ilə seçilən don Gucci kolleksiyasındandır.Çox təəssüf ki, xalçanın yaşıl olması geyimin gözəlliyini ikinci plana atıb.Digər fotodakı seçimi də krem tonlarındakı The Row imzalı şalvar və bluzdur. Ayaqqabı seçimi Christian Louboutin,çanta isə Burberry-dir. Nəhayət son seçim.Rosie Moskva primyerası üçün Michael Kors imzalı çəhrayı donda çox zərif görsənir. Ayaqqabılar isə yenə də Christian Louboutin-dir.
Burberry kosmetika kompaniyalarının üzü olduğu üçün xanımın bütün geyimləri ilə tamamladığı sadə makyajı Burberry markasına məxsusdur.
4 comments:
Rosie is good, but Megan Fox is much better ;)
hmm,I also love Megan Fox but in my opinion Rosie is very fresh face for this work.))
I respect your opinion Mr. Rudolf, but looking at Rosie's face I see a simple blonde Barbie girl:) She's however slim & slender & that's undisputable.
Yes u r right))but i think i love this blonde Barbie very much)))
Post a Comment