Tuesday, July 5, 2011
Kempinski Badamdar Hotel
Bu günlərdə Bakıda daha bir dünyaca məşhur lux hotelin, Kempinski Badamdarın rəsmi açılışı həyata keçirildi. Beləki, dünyanın dörd bir yanında beş ulduzlu lux hotel və resortları olan Kempinski öz möhtəşəm Badamdar hoteli ilə artıq ölkəmizdə də fəaliyyət göstərəcək.Tamamı 2,5 hektarlıq, ekoloji cəhətdən təmiz ərazidə inşa olunan kompleksin tərkibinə hotel,mənzillər,ofislər,ticarət və əyləncə mərkəzi daxildir.
Kempenski Badamdar hotelində milli və dünya mətbəxinin yeməklərinin təklif olunduğu 3 restoran,bar, 750 nəfərlik ziyafət zalı,toplantı zalı,SPA mərkəzi,basketbol sahəsi,tenis kortu,bowling salonu,buz meydançası,açıq və qapalı hovuzlar,trinajor və oyun zalları,qapalı avtomobil dayanacağı,24 masaj otağı,saunalar,hamamlar,amfiteatr və aquapark fəaliyyət göstərir. 283 suitdən ibarət otel, tətil dönəmində istirahət üçün ideal bir atmosferə sahibdir.
İnterier dizaynına gəldikdə qızılı detalların üstünlük təşkil etdiyi ümumi sahələrdən fərqli olaraq suitlərin daha sadə olduğunu görmək mümkündür.Ən xüsusi dizaynı isə əlbəttəki, otelin foyesində görmək mümkündür.
Bu il ərzində Bakıda açılması planlaşdırılan Four Seasons Hotel,Hilton,Fairmont Hotel və J.W.Marriott kimi lux hotellərə rəqib ola biləcəkmi ya yox bunu zaman göstərəcək. Ən azından əsası 1895-ci ildə qoyulmuş dünyaca məşhur Kempinski hotelinin Bakıda açılması bizi sevindirir.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment