Markalar 2011-ci il payız-qış sezonu reklam kompaniyalarını bir-bir təqdim edirlər.Dünən Tom Ford-un qadın geyimlərinin üstünlük təşkil etdiyi yeni sezon kompaniyası diqqətimi çəkdi.Bu günə qədər gördüyüm payız-qış 2011 çəkimləri arasında hələki, ən bəyəndiyim Tom Ford kompaniyasıdır.Məşhur fotoqraflar Mert&Marcus-un Ingiltərədə Temza çayı sahilində çəkdiyi fotolardakı rəngli işıq effektləri çox xoşuma gəldi.Təbii ki,Tom Ford-un zövqünə dünyanın ən yaxşı fotoqraflarının təcrübəsini əlavə edəndə ortaya bundan zəif bir iş çıxması hər halda möcüzə olardı. Daha əvvəl də dediyim kimi,Tom-Ford öz adını daşıyan qadın geyimləri kolleksiyasını ilk dəfə keçən sezon bir çox dünya ulduzlarının modellik etdiyi fashion show ilə təqdim etmişdi. Artıq bir neçə ildir Bakıda fəaliyyət göstərən Tom Ford kişi butikindən sonra, indi də yeni qadın geyimləri butiki açılır. Yəni növbəti sezon bu exclusiv Tom Ford geyimlərini Neftçilər prospektində yerləşən kişi və qadın geyimləri butikindən əldə edə biləcəksiniz.
Digər markaların reklam çəkimləri,jurnalların moda çəkimləri və daha bir çox fotolar üçün Luxury Baku Facebook səhifəsini izləyin. Dostlarınızı da dəvət etsəniz məni sevindirərsiniz.
No comments:
Post a Comment