Showing posts with label Luxury Toys. Show all posts
Showing posts with label Luxury Toys. Show all posts

Sunday, August 26, 2012

The Bentley Suite at St Regis New York Hotel

St.Regis Hotel
St. Regis New York Hotel-ində yeni suiti istifadəyə verməyə hazırlaşır. Beləki, lux ingilis avtomobil istehsalçısı olan Bentley-nin şərəfinə  hazırlanan suit-də markaya məxsus ikonikləşmiş detallara rast gəlmək mümkündür. 160 kvadrat metir sahəsi olan otaqda, Bentley-nin hər avtomobillində istafadə edilən yüksək keyfiyyətli dəri və ağac materilarından istifadə olunub. 15-ci mərtəbədə yerləşən və növbəti aydan istfadəyə verilməsi planlaşdırılan Bentley suit-ində bir gecə keçirmək üçün 9500 dollar ödəmək lazımdır.
St. Regis Hotel's  Bentley car for luxury service.
Bentley Suite

Beləki, Starwood hotellər qrupuna daxil olan St. Regis daha əvvəl Fifth Avenue hotelində DiorTiffany suitlərini, Florensiya və Roma hotellərində isə Bottega Veneta suitlərini istifadəyə vermişdir. Şirkət daha bir çox dizayner suitləri planlarının olduğunu və növbəti illərdə bunu inkişaf eləyəcəklərini bildirib.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun
Photos: Oliver Mark / Agentur Focus


Dior Suite

Dior Suite
Bottega Veneta Suite

Bottega Veneta Suite

Bottega Veneta Suite

Monday, January 23, 2012

Mercedes Benz SL 2013


Artıq bir neçə ay olar ki, blogda maşınlarla bağlı post etmirəm. Heç bu möhtəşəm avtomobili görənə qədər etmək qərarım da yox idi. Əlbəttə ki, söhbət ilk nüsxəsi 10 il bundan əvvəl çıxmış Mercedes-Benz SL nəslinin yeni 2013 modelindən gedir. Unikal görünüşü, üstün parametirləri və yüksək keyfiyyətli materiallardan hazırlanmış interieri, insanı bu avtomabilə daha da bağlanmağa vadar edir. Xüsusilə də, qırmızı rəngli dəri salon.
 Əvvəlki modelə nəzərən avtomobilin ölçülərində dəyişikliklər var. Belə ki, yeni SL-in eni 6, uzunluğu isə 2 santimetir artıb.






İlkin məlumatlara görə, yeni model iki versiyada satışa çıxarılacaq.Bunlar 306 at gücünə malik 3.5 litr həcimli SL350 və 435 at gücünə malik 4.7 litr həcimli SL500-dır. Avtomobilin 2012-ci ildən etibarən avtosalonlarda təqdim olunması planlaşdırılır. Qiymətə gəldikdə isə, əvvəlki modellərdən təxmini 5000 avro daha baha olması gözlənilir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.




Tuesday, September 13, 2011

Ermenegildo Zegna Celebrates 20 Years in China


Lux kişi geyimlərinin ən böyük istehsalçılarından olan Ermenegildo Zegna Çin bazarındakı 20-ci ilini qeyd edir. Beləki, bu böyük bazara 1991-ci ildə daxil olan marka ildönümünü qeyd etmək üçün 20 parçalıq məhdud kolleksiya çıxarıb.Saatlar, qol düymələri, telefonlar, dəri və bütün digər aksesuarlar sadəcə Çinin ən böyük Ermenegildo Zegna butiklərində satışa çıxarılacaq.




Bütün kolleksiya xüsusi zövq və yüksək keyfiyyətlə hazırlanıb lakin bunlar arasında üçü varki ən möhtəşəm və diqqət çəkən parçalardır. Hər birindən sadəcə 20 ədəd istehsal olunmuş Vertu-Zgna telefon, Girard-Perregaux-Zegna saat və Tateossian-Zegna qol düymələri kolleksiyanın ən qiymətli aksesuarlarıdır. Hər üçünün hazırlanmasında 18 karatlıq çəhrayı qızıldan, telefon  və qol düymələrində yaqut daşlardan, telefon və saatda aliqator dərisindən istifadə olunub.Kolleksiyanın tamamını çox bəyəndim.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.






Thursday, August 25, 2011

Maserati GranCabrio Designed by Fendi


Daha əvvəl sizinlə Trussardi-nin BMW ilə (burdan baxa bilərsiniz),Bugatti-nin Königliche Porzellan-Manufaktur ilə(burdan baxa bilərsiniz) və onlarca məşhur dizaynerin Mini Cooper-la(burdan baxa bilərsiniz) olan ortaq çalışmalarını paylaşmışdım. Ümumiyyətlə,moda sektorunun avtomobil sektoru ilə hər zaman iç-içə olduğunu deməyə məncə ehtiyac yoxdur.Lamborghini-Versace,Fiat-Gucci və nəhayət son olaraq Fendi-Maserati çalışması bunlardan sadəcə bir neçəsidir.Elə bu dəfə də sizə iki lux italyan marka FendiMaserati-nin birgə hazırladığı yeni GranCabrio haqda danışmaq istəyirəm.


Beləki, sentiyabr ayında Frankfurt Auto Show-da təqdim olunacaq avtomobilin məhdud sayda istehsal edilməsi planlaşdırılır.4.7 litr həcimli V8 mühərriklə təhciz olunmuş Maserati GranCabrio, Fendi-nin dəbli toxunuşu ilə daha da mükəmməl və cəlbedici dizayna malik olub. Parlaq qəhvəyi tonlarındakı exterierin davamı olaraq salonun da tamamı qəhvəyi tonlarda hazırlanıb. Və detallarda əlbəttə ki, markanın sevimli rəngi olan sarıdan istifadə edilib.Bundan başqa yüksək keyfiyyətli dəridən hazırlanmış oturacaqlardakı Fendi-nin ənənəvi FF logosu da diqqəti çəkir. Eyni zamanda Fendi avtomobil üçün xüsusi məhdud sayda səyahət dəsti də hazırlayıb.Satışı və qiyməti ilə bağlı hələ dəqiq məlumat verilməsə də əminəm dəb və sürət tutqunlarının dərhal sahibi olacağı möhtəşəm avtomobillərdən biridir.

Wednesday, August 17, 2011

Montblanc’s Limited Edition Ruby Set for Ramadan


Montblanc Ramazan ayına özəl olaraq bu dəbdəbəli komplekti təqdim edir.Tamamı  briliyant və yaqutla bəzədilmiş bu dəst: qələm,saat və qol düymələrindən ibarətdir. Dünyada sadəcə bir ədəd istehsal olunan bu nadir parça Montblanc-ın Dubai Mall-dakı butikində satışa çıxarılacaq. Təkcə saatda istifadə olunmuş 360 ədəd daşın ümumi çəkisi 2,767 karatdır.Şəxsən mən bəyənmədim,amma əminəm Ərəb şeyxlərinin ürəyincə olan bir hədiyədir.

Tuesday, August 16, 2011

Vera Wang's new Beverly Hills House


Məşhur dizayner Vera Wang Beverly Hills-də özünə möhtəşəm bir malikanə aldı.Vaxtının çoxunu Los Angeles-də keçirən Vera Wang hər tərəfdən şüşələrlə əhatə olunmuş bu modern ev üçün $10 million pul xərcləyib.Nəzərə alsaq ki, hər bir amerikan gəlinin ilk arzusu evlənərkən Vera Wang imzalı gəlinlik geyinməkdir və bunların yarısı belə bunu reallaşdırsa, dizaynerin bu qiymətə ev alması normaldır.





Beləki, son dərəcə lux evin geniş və işıqlı qonaq otağı,iş otağı,4 yataq otağı,SPA, açıq və qapalı hovuzları var. İnsanda yüksək əhval-ruhiyə yaradan bu cür evdə yaşamaq əminəm hər kəsin arzusudur.



Wednesday, August 10, 2011

New BMW Series


Sentiyabır ayında Frankfurt Motor Show-da təqdim olunacaq BMW i3 i8 modelləri artıq görücüyə çıxarıdı. 2013-cü ildən satışa çıxarılması planlaşdırılan bu modellər markanın ilk elektriklə çalışan avtomobillər seriyası olacaq.


Günümüzdə ekonomik avtomobillərin getdikcə rolunun artığını nəzərə alan BMW ilk olaraq i3 modellərini reallaşdırdı. Minimum ölçülərə malik olan bu avtomobil 125KW  elektrik motorla təhciz olunub ki, buda ona 170 at gücü qazandıırır. Avtomobil 60km/saatı yığmaq üçün 7.9 saniyə vaxt sərf edir.



Növbəti model isə daha sportiv dizayna malik i8-dir. Beləki, 349 at gücünə malik elektrik mühərriklə təhciz olunmuş bu modelə, həm də 3 litr həcimli qazla hərəkətə gələn mühərrik  quraşdırılmışdır.Avtomobil 60km/saatı yığmaq üçün 4.6  saniyədən də az vaxt sərf edir.





 Növbəti plan isə bu "eco-sport" seriyanı tamamlamaq üçün i4 i5 modellərini işləyib hazırlamaqdır. Yeni i4 modeli i3-ün daha sport versiyası yəni iki qapılı mini sport avtomobil olması, i5-in isə orta ölçülü 4 qapılı sedan olması planlaşdırılır. Bu ultra modern dizayn olunmuş avtomobilləri gördükdən sonra seriyanın davamı daha da həyəcanlı olmağa başlayır.

Thursday, July 21, 2011

Philppe Briand Vertigo 220ft


2011-ci ildə təqdim olunan daha bir möhtəşəm yaxta Vertigo 220ft oldu. Dizayner Philppe Briand tərəfindən hazırlanan ən böyük yaxta titulunu alan Vertigo, 2004-cü ildə layihələndirilsə də yalnız bu ilin fevralında tam formada başa çatdırılıb.Son dərəcə modern üslubda dizayn ounan yaxta,həddindən artıq böyük ölçülərə malik olmasına baxmayaraq,yüksək sürətə malikdir.



İnterier dizaynına gəldikdə, Christian Liaigre  tərəfindən dizayn olunan bu geniş və işıqlı yaxta,səyahət edən hər kəsi yüksək komfortla təmin etmək imkanına malikdir. Bir çox digər yaxtalardan fərqli olaraq, salonun işıqlı olması üçün böyük və şəfaf pəncərələrə xüsusi diqqət yetirilib.67 metir uzunluğu olan yaxtada salon,yataq otaqları, trinajor zalı, oturmaq və günəşlənmək üçün geniş açıq platforma və yüksək istirahət üçün daha bir çox üstünlüklər mövcuddur. Məncə çox söz deməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır.






Related Posts Plugin for WordPress, Blogger...