Saturday, November 12, 2011

Arzu Aliyeva's Herve Leger Dress

Son zamanlarda, sizlərdən çoxlu e-mail-lər alıram. Blogda niyə yeni xəbərlər yazmadığımı soruşursunuz(maraqlanıb soruşduğunuz üçün çox sağ olun), daha əvvəl də çoxunuza dediyim kimi, təhsilim ilə bağlı başım çoooox qarışıqdı. Gündəlik bir saat belə olsun bloguma vaxt ayıra bilmirəm. Bilirəm təzə xəbərlərim üçün çox darıxmısız, elə mən də blogum üçün darıxıram. Ən qısa zamanda əlimdən gələni edib, yenidən bloga yazmağa başlıyacam. Bu vaxt ərzində nə qədər yeni açılışları, partiləri və başqa maraqlı xəbərləri qaçırdığımı bilirəm. Paylaşmaq istədiyim o qədər çox şey var ki, heç cür vaxt tapa bilmirəm. Bu xəbəri də yazıb-yazmamaq arasında çox fikirləşdim, ən sonunda kiçik bir xəbər hazırlamaq qərarına gəldim. Beləki, Leyla Əliyeva-nın redaktorluğu ilə çap olunan Baku jurnalı artıq Ingilis dilində də, bir çox ölkələr də satışa təqdim olunacaq. Eləcə də UK-də, bu da məni kimi ölkəsindən kənarda yaşıyan hər kəsə Baku jurnalını oxumaq imkanı verir. Gecəyə qatılmış xanımların çoxu zərif və gözəl seçimlər etmişdi, amma mənim diqqətimi ən çox Arzu Əliyeva-nın bu möhtəşəm Herve Leger bandaj donu çəkdi. Daha əvvəl Leyla Əliyevanın Emin Ağalarov-un konsertində geyindiyi (burdan baxa bilərsiniz) və digər zamanlarda seçim etdiyi Herve Leger donları(burdan baxa bilərsiniz) sizinlə paylaşmışdım. Arzu Əliyeva-nı da bu markanın donlarında dəfələrlə görmüşəm, lakin sizinlə paylaşmağa fürsət olmuyub. Beləki, Herve Leger marka donları geyinməyin nə qədər cəsarət istədiyini bilirik. Bədəni kip saran bu donlar xanımların ən kiçik nöqsanlarını belə bağışlamır, yəni əgər bir xanım Herve Leger geyinəcəksə mütləq mükəmməl bədən quruluşuna sahib olmalıdı. Təbii ki, bu gözəllik Azərbaycan xanımlarında var. Göründüyü kimi, Arzu xanıma geyim həqiqətən çox yaraşıb. Yves Saint Laurent Trib Too modeli ayaqqabıları və Chanel çantası xanımın ümumi görünüşünü uğurla tamamlayıb.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.



Related Posts Plugin for WordPress, Blogger...