Showing posts with label High Society. Show all posts
Showing posts with label High Society. Show all posts
Saturday, November 24, 2012
Leyla Aliyeva in Monique Lhuillier
Bilirəm uzun zamandır ki, yeni məqalələri sizinlə paylaşmağımı gözləyirsiniz. Baxmayaraq ki, buna hal-hazırda elə də vaxtım yoxdu, lakin bu şəkli gördüyümdə mütləq bir yazı yazmalı olduğumu düşündüm. Fotonun hansı tədbirdən olduğu ilə bağlı bir məlumatım yoxdu, amma görünən həm Leyla Əliyevanın, həm də əkizlərin çox şık olduğudur. Smokinqləri hər iki junior-a da çox yaraşıb, həqiqətən çox şirin görünürlər :) Leyla xanım isə Monique Lhuillier libası ilə möhtəşəm görsənir. Geyim markanın 2011 yaz-yay kolleksiyasındandır. Donun fərqli kəsimi, rəngi və üzərindəki qızıl gül printləri ziyafətlər və qırmızı xalça törənləri üçün idealdır. Xanımın bu günə qədər ki, ən gözəl seçimlərindən biridir. Leyla xanımı daha çox tünd rəngli geyimlərdə görsək də, bu cür rənglərin ona daha çox yaraşdığını düşünürəm, və ümid edirəm bundan sonra daha çox rəngli seçimlər edəcək.
Beləki, eyni donu daha əvvəl aktrisa Thandie Newton BAFTA 2011 qırmızı xalça törəninə geyinmişdir. Bundan başqa, Taylor Swift də Monique Lhuillier marka eyni libası öz Wonderstruck Enchanted adlı parfüm reklamının çəkilişlərində istfadə edib. Geyim hər üç xanıma da çox yaraşıb.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun
Thursday, August 9, 2012
Stella McCartney Obssesion of Azerbajani Ladies
Gənc ingilis dizayner, Stella McCartney xüsusilə son bir neçə il ərzində dünyanın ən sayılıb-seçilən dizaynerlərindən biri olmağı bacardı. Əfsanəvi Beatles qrupunun solisti Paul McCartney-in qızı olmasına baxmayaraq, Stella hər zaman öz uğurları ilə bütün moda dünyasının rəğbətini qazanmışdır. İlk olaraq Chloe, daha sonra Christian Lacroix üçün çalışan Stella öz imzası ilə ilk kolleksiyanı 2001-ci ildə təqdim etmişdir. Dizayner uzun illərdir Adidas ilə uğurlu işbirliyi edir, bundan başqa son olimpia oyunlarında Böyük Britaniya komandasını geyindirmək şərəfi də məhz ona məxsusdur. Təbii ki, onun ugurlarını saymaqla bitirmək olmaz, mənim bu yazını yazmağda əsas məqsədim isə Azərbaycan xanımlarının Stella McCartney sevgisidir. Beləki, müxtəlif tədbirlərdə, açılışlarda və kokteyllərdə xanımlarımızı bu markanın donlarında görmək mümkündür. Elə bütün dünyada çox bəyənilən yaz-yay 2012 kolleksiyası da bizim cəmiyyət həyatının qarderobundan yan keçmədi. Beləki, ilk olaraq Arzu Əliyevanı Stella McCartney donu ilə görürük, eyni donu daha əvvəl Rosie Huntington Whitley də geyinmişdir. Arzu xanım geyimini Nina Ricci Ondine Agneau çantası və sadə aksesuarları ilə çox uğurla tamamlamışdır. Rosie isə geyimini nazik qara kəməri, Alexander Wang ayaqqabıları və ağ Hermes çantası ilə tamamlamışdır. Hər nə qədər bu çantanın geyimə uyğun olmadığını düşünsəm də, ümumi görüntü çox uğurludur, xüsusilə də geyim ilə incə kəməri çox bəyəndim. Hər iki xanım da çox sadə və dəbli görsənir.
Növbəti Stella McCartney seçimini isə Mehriban Əliyeva etmişdir. Həqiqətən çox gözəl seçimdir. Geyimin elektrik göy rəngini çox bəyəndim, xanıma da çox gözəl yaraşıb. Chanel çantası və sadə ayaqqabı seçimi ümumi görüntünü uğurla tamamlayır. Donun İngiltərədə satış qiyməti 1378 pound-dur.
Sezonun digər Stella-ları. Markanın yeni sezon kolleksiyasını Emporium mağazalarından əldə edə bilərsiniz.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun
Növbəti Stella McCartney seçimini isə Mehriban Əliyeva etmişdir. Həqiqətən çox gözəl seçimdir. Geyimin elektrik göy rəngini çox bəyəndim, xanıma da çox gözəl yaraşıb. Chanel çantası və sadə ayaqqabı seçimi ümumi görüntünü uğurla tamamlayır. Donun İngiltərədə satış qiyməti 1378 pound-dur.
Sezonun digər Stella-ları. Markanın yeni sezon kolleksiyasını Emporium mağazalarından əldə edə bilərsiniz.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun
Thursday, August 2, 2012
Leyla Aliyeva in Roland Mouret Yellow Dress
Wednesday, January 4, 2012
Mehriban Aliyeva in Tom Ford
Style Forum Special from Music Guy on Vimeo.
Saturday, November 12, 2011
Arzu Aliyeva's Herve Leger Dress
Son zamanlarda, sizlərdən çoxlu e-mail-lər alıram. Blogda niyə yeni xəbərlər yazmadığımı soruşursunuz(maraqlanıb soruşduğunuz üçün çox sağ olun), daha əvvəl də çoxunuza dediyim kimi, təhsilim ilə bağlı başım çoooox qarışıqdı. Gündəlik bir saat belə olsun bloguma vaxt ayıra bilmirəm. Bilirəm təzə xəbərlərim üçün çox darıxmısız, elə mən də blogum üçün darıxıram. Ən qısa zamanda əlimdən gələni edib, yenidən bloga yazmağa başlıyacam. Bu vaxt ərzində nə qədər yeni açılışları, partiləri və başqa maraqlı xəbərləri qaçırdığımı bilirəm. Paylaşmaq istədiyim o qədər çox şey var ki, heç cür vaxt tapa bilmirəm. Bu xəbəri də yazıb-yazmamaq arasında çox fikirləşdim, ən sonunda kiçik bir xəbər hazırlamaq qərarına gəldim. Beləki, Leyla Əliyeva-nın redaktorluğu ilə çap olunan Baku jurnalı artıq Ingilis dilində də, bir çox ölkələr də satışa təqdim olunacaq. Eləcə də UK-də, bu da məni kimi ölkəsindən kənarda yaşıyan hər kəsə Baku jurnalını oxumaq imkanı verir. Gecəyə qatılmış xanımların çoxu zərif və gözəl seçimlər etmişdi, amma mənim diqqətimi ən çox Arzu Əliyeva-nın bu möhtəşəm Herve Leger bandaj donu çəkdi. Daha əvvəl Leyla Əliyevanın Emin Ağalarov-un konsertində geyindiyi (burdan baxa bilərsiniz) və digər zamanlarda seçim etdiyi Herve Leger donları(burdan baxa bilərsiniz) sizinlə paylaşmışdım. Arzu Əliyeva-nı da bu markanın donlarında dəfələrlə görmüşəm, lakin sizinlə paylaşmağa fürsət olmuyub. Beləki, Herve Leger marka donları geyinməyin nə qədər cəsarət istədiyini bilirik. Bədəni kip saran bu donlar xanımların ən kiçik nöqsanlarını belə bağışlamır, yəni əgər bir xanım Herve Leger geyinəcəksə mütləq mükəmməl bədən quruluşuna sahib olmalıdı. Təbii ki, bu gözəllik Azərbaycan xanımlarında var. Göründüyü kimi, Arzu xanıma geyim həqiqətən çox yaraşıb. Yves Saint Laurent Trib Too modeli ayaqqabıları və Chanel çantası xanımın ümumi görünüşünü uğurla tamamlayıb.
Saturday, September 10, 2011
Mehriban Aliyeva's Sergio Rossi Shoes and Chanel Bag
Daha əvvəl də dediyim kimi, hər zaman son moda trendlərini yaxından izləyən, gördüyü möhtəşəm işlər qədər zərif geyim və aksesuar seçimləri ilə də diqqət çəkən Mehriban Əliyeva bu sahədə də Azərbaycan xanımlarının öncüsüdür. Hər zaman formda və baxımlı görməyə alışdığımız Mehriban xanım bu dəfə də seçimləri ilə incə zövqünü nümayiş etdirir.Beləki, gördüyünüz bu fotolar müxtəlif vaxtlara aid olsa da,hər ikisinin ortaq nöqtəsi möhtəşəm Sergio Rossi platformalardır.Birinci fotoda bu dəbli ayaqqabıları xanım violet rəngli ətəyi və Chanel olduğunu təxmin etdiyim pencək ilə geyinsə də, ikinci fotoda tünd göy rəngli minimalist kəsimləri olan və böyük ehtimalla Calvin Klein Collection-dan(Fashion Show-dan olmadığı üçün 100% deyə bilmirəm amma markanın klassik kəsimlərinə çox bəzəndiyi üçün və Kerry Washington-un seçim etdiyi bənzər Calvin Klein Collection donu da nəzərə alaraq deyirəm) olan bir don ilə geyinib.Sergio Rossi ayaqqabılar ilə eyni rəngdəki Chanel çantası isə uğurlu seçimdir. Çox təəssüf ki, Crocus Group tərəfindən bir müddətdir Bakıda fəaliyyət göstərən Sergio Rossi və Casadei butikləri bağlandı. Ümid edirəm tezliklə yenidən bu Italyan markaları şəhərimizdə görə biləcik.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
Thursday, August 18, 2011
Leyla Aliyeva's Victoria Beckham Bags
Victoria Beckham-ın ilk kolleksiyalarını imitasiya olduğunu düşündüyüm üçün heç bəyənmirdim,lakin son payız-qış kolleksiyası çox fərqli və özünəməxsusdur.(Daha ətraflı fikirlərimə burdan baxa bilərsiniz).Xanımın dizayn etdiyi geyimlər qədər çantaları da diqqət çəkir. Hər birinin cəlbedici rəng və dəri seçimi olan bu çantalar xüsusilə də sadə və klassik formaları ilə seçilir.Çantaların bir müsbət çəhəti isə üzərində logo olmamasıdır. Məncə heç bir logo-ya ehtiyac da yoxdur,çünkü hər biri formaları ilə asanlıqla hansı marka olduğunu bildirir.Elə 100-lərcə Hermes çantanın sahibi olan bir xanımdan da bu cür timeless(zamansız) və ikonik çantalar gözləmək olardı.Qiymətlərə gəldikdə ən sadə dəridən olan modellər təxmini $1800-dan başlayır.
Satışa çıxması ilə tükənməsi bir olan çantaları dünyanın ən zəngin xanımları dərhal öz qarderoblarına əlavə edir.Bizim cəmiyyət həyatında da ilk olaraq Leyla Əliyevanın Victoria Beckham dizayn çantaları götürdüyünü görmək olar.Leyla xanımın seçim etdiyi model forma olaraq Chanel 2.55-ə bənzəsə də, şəxsi fikrimcə daha üstündür. Nəzərə alsaq ki, Azərbaycanda keçirilən tədbirlərdə hər 5 xanımdan 4-ü Chanel 2.55 götürür,Victorianın bu modeli bizim xanımlar üçün həqiqətən əla əvəzləyicidir. Leyla xanımın seçim etdiyi birinci çantanın krokodil dərisi olub olmadığını fotolardan dəqiq görə bilmirəm. Xanımın seçim etdiyi ikinci çantanı isə daha çox bəyəndim. Yenə də exzotic dəridən hazırlanmış bu çəhrayı çanta Leyla xanıma həqiqətən çox yaraşıb.Istifadə olunan çəhrayı dəri kərtənkələ(lizard) dərisidir.Ümid edirəm,Azərbaycan xanımlarını daha çox bu cür gözəl seçimlərlə görə biləcəyik.
P.S Luxury Baku blogunun Facebook səhifəsinə burdan daxil ola bilərsiniz.
![]() |
| Victoria Beckham S/S and F/W 2011 Bags |
P.S Luxury Baku blogunun Facebook səhifəsinə burdan daxil ola bilərsiniz.
Tuesday, July 19, 2011
Arzu Aliyeva in Azzedine Alaia Dress
Öz kutur donları və dəri aksesuarları ilə Azzedine Alaia ən zəngin və kübar xanımların seçimləri arasında ilk sıralarda yer alır.Dünyada daha çox böyük multibrand-lərdə satılan Azzedine Alaia, bəlkə də bir Gucci, Hermes yada Chanel qədər insanlar arasında tanınmır, hətta web səhifəsi belə olmayan bu markanın modasevərlər arasında bu qədər məşhur olmasının ən əsas səbəbi onu seçim edən dünyaca məşhur, status sahibi olan xanımlardır.Bu xanımların arasında Michelle Obama,Victoria Beckham,Megan Fox,Naomi Campbell və daha onlarca xanımın adını göstərmək olar. Bunları qoyuram bir kənara, gələk bizim cəmiyyət həyatına.Hər zaman möhtəşəm seçimləri ilə məni valeh edən Arzu Əliyeva,bu dəfə sezonun ahənginə uyğun krem rəngli,Azzedine Alaia marka knit don geyinmişdir.
Azzedine Alaia hər sezon satışa az çeşid çıxarmasına baxmayaraq, geyimlərinin tamamı tez bir zamanda tükənir. Buda xanımların çox vaxt eyni geyimi geyinməsinə səbəb olur. Məsələn, Arzu xanımın seçim etdiyi Azzedine Alaia marka donun Katherine Jenkins və Kelly Ripa qırmızı rənglisini,Coleen Roney boz rənglisini daha əvvəl geyinmişdir.Mən qırmızı rəngli modelini daha çox bəyənsəm də hər dörd xanıma libas çox gözəl yaraşıb.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

| Arzu Aliyeva/Katherine Jenkins/Kelly Ripa/Coleen Roney |
Sunday, July 10, 2011
Emin Live Concert(Leyla Aliyeva in Herve Leger)
Bildiyiniz kimi, iyulun 7-si Yaşıl Teatırda Emin Ağalarovun konserti var idi. Bilet almağa gec qaldığım üçün biraz məyus olmuşdum.Daha sonra Facebookdakı Emin Agalarov fan səhifəsinin admini,yaxın dostum Nərgiz məni də konsertə dəvət etdiyni deyəndə öz-özümə yaxşı ki, bilet qalmamışdı dedim.Hər halda, minnətdaram çünki, belə möhtəşəm bir konserti qaçırmaq olmazdı.
Eminin ifasına bir sözlə-əla deyə bilərəm. Ən çox diqqətimi isə səsindən və özündən əminliyi,səhnədəki sərbəstliyi və cool davranışları çəkdi. Zamanın necə keçdiyini anlamadığım konsertdə hər kəsin wooow dediyi hissə , konsert dağıldıqdan sonra Eminin Righteous Brothers-in ən sevilən mahnılarından olan Unchained Melody mahnısını ifa edərək ,orta cərgələrdə əyləşən Leyla xanıma gül verməsi idi. Çox zərif və gentlemen davranış idi.
Gələk geyimlərə, Emin səhnə üçün sadə, klassik kostyum geyinmişdir.Yanılmıramsa daha əvvəl də bu kostyumda onu görmüşəm. Leyla xanım isə yenə də Herve Leger kolleksiyasından mavi bandaj don geyinmişdir. Beləki, bu ay içində artıq 3-cü dəfədir ki, xanımı bu markanın donları ilə görürük.(daha əvvəlki seçimlərinə burdan baxa bilərsiniz ) .Leyla xanıma çox yaraşıb lakin, şəxsi fikrimcə konsert üçün biraz daha sadə və rahat seçim etsə idi əla olardı.
Demək olar ki, Azərbaycan cəmiyyət həyatının ən önəmli xanım və bəyləri bu konsertin dəvətliləri arasında idi. Hər kəs, sanki özü səhnəyə çıxacaqmış kimi, ya da Oscar törənində qırmızı xalçadan keçəcəkmiş kimi hazırlanmışdı. Fotolar olsaydı sizin də görməyinizi istəyərdim.Onlarca min dollarlıq Hermes çantalardan danışım, yoxsa hər 5 xanımdan 4-nün götürdüyü Chanel 2.55-lərdən, hətta məni gülməkdən öldürən, konsertə Bottega Veneta klarçlarla gələnlər belə var idi.Hə bir də kostyum geyinib qalstuk taxan kişilər.Artıq məkanın necə əyləncəli olduğunu siz düşünün.
Əgər konsertə gəlmək məqsədləri istirahətdirsə niyə bu qədər bəzənirlər heç cür başa düşmürəm. Rahat cins,t-shirt və krasovkalar geyinib, boynundan çarpaz keçirəcəyin kiçik bir çanta( diqqət çəkmək istəyirsənsə Hermes Constance bunun üçün idealdır ) və eynək taxaraq, əlinə də suyunu alıb konsertə gəlmək ən doğrusudur. Onsuz da yarım saat keçmədi ki, hava qaraldı))Ümid edirəm zamanla düzələr.
P.S Luxury Baku-nu Facebook səhifəsindən də izləyə bilərsiniz.

Sunday, July 3, 2011
Leyla Aliyeva in Herve Leger
Bədən quruluşuna güvənən cəsur xanımların ən sevimli markası ,tam rahatlıqla Herve Leger-dir deye bilərəm.Dizayner Max Azira 3 kolleksiya(BCBG,Max Azira,Herve Leger) təqdim etsə də, Herve Leger-in bandaj donları özünəməxsusluğu ilə seçilir.Bədəni kip saran bu Herve Leger donlarını tanımaq elə də çətin deyil. Hər sezon çox sadə modellərlə bərabər müxtəlif kəsimləri və işləmələri olan Herve Leger donlar da xanımların qarderoblarına daxil olur. Buna misal olaraq Leyla Əliyevanı göstərmək istəyirəm. Leyla xanım bu həftə içində biri ən sadə formada olan qara Herve Leger don, digəri isə yay aylarının ahənginə uyğun olan çəhrayı Herve Leger don seçmişdir.Daha çox çəhrayı modeli bəyəndim. Ən azından yaşına və sezona uyğun olduğu üçün. Ayaqqabı seçimi isə hər zamankı kimi Yves Saint Laurent Trib Too-dur. Azərbaycan xanımlarının həddindən artıq sevdiyi(buradan baxa bilərsiz) bu modeldən mən artıq bezdim. Bir daha xanımlarımızın nəzərinə Christian Louboutin-i, Jimy Choo-nu və şəhərimizdə tezliklə açılacaq Giuseppe Zanotti-ni(burdan baxa bilərsiniz) çatdırmaq istəyirəm.
Kempinski Badamdar otelinin açılışında isə Leyla xanım qara rəngli sadə Herve Leger bandaj don geyinmişdir. Bu modeli açığı bəyənmədim. Yay aylarında bu cür düzgün bədən quruluşu olan gözəl xanımları daha canlı rənglərdə görmək istəyirəm. Bu dəfə ki ayaqqabı seçimində isə, Leyla xanım YSL platformalarını Sergio Rossi ilə əvəz edib. Ümid edirəm bu dəyişikliyi daha tez-tez görərəm.
Bir çox Azərbaycan xanımları kimi, Leyla Əliyeva da Herve Leger donlarını dəfələrlə geyinib. Xanımın daha əvvəl seçim etdiyi bandaj Herve Leger-lərə bir daha nəzər salaq.
Ümumiyyətlə, dünya ulduzları da bu markanın donlarına biganə qala bilmir. Victoria Beckham,Megan Fox,Gisele Bundchen bu uduzlardan sadəcə bir neçəsidir.

Saturday, June 4, 2011
Mehriban Aliyeva in Giambattista Valli
İyunun 1-də, İtaliyanın Venesiya şəhərində keçirilən "53-cü Beynəlxalq İncəsənət Sərgisində" Azərbaycan pavilyonu da hazırlanmışdır. 6 rəssamın əl işləri ilə sərgiyə qatılan ölkəmiz, aralarında Mehriban Əliyevanın da olduğu böyük bir nümayəndə heyəti ilə təmsil olunurdu.
İndi isə biraz modadan danışaq. Hər nə qədər fotoları yaxından görə bilməsəm də,qonaqlar arasındakı bütün xanımların geyim seçimlərinə uğurludur demək olar. Gələk hər zaman möhtəşəm seçimləri ilə məni valeh edən Mehriban Əliyevaya. Mehriban xanımın Giambattista Valli kolleksiyasından seçim etdiyi bu möhtəşəm libas, çox xoşuma gəldi. Krem tonlarındakı donun narıncı drap ətəyi həqiqətən çox gözəldir.Bu zərif libasın dar kəsimləri xanımın düzgün bədən quruluşunu da ön plana çıxarmışdır. Italyan markanın yaz-yay 2011 kolleksiyasından seçilmiş bu geyim, sezonun trendi olan parlaq neon rəng kombinasiyalarına da çox uyğundur.Xanımın bəyənmədiyim tək seçimi isə qara rəngli çantasıdır.
Friday, May 27, 2011
Leyla Aliyeva wears Yves Saint Laurent Sunglasses
Bəzən günəşdən qorunmaq, bəzən geyimi tamamlamaq, bəzən isə yorğunluğu gizlətmək üçün istifadə olunan gün eynəkləri, yay aylarının ən vacib aksesuarlarıdır. Oliver Peoples,Ray Ban, Persol,Tom Ford və daha bir çox markalar, hər sezon biri-birindən gözəl onlarla müxtəlif eynək modelləri təqdim edirlər. Bu sezonun gün eynəklərinə gəldikdə isə, çərçivə kəsimində dairə, oval və "cat-eye frame"-lər, rəng olaraq isə daha canlı rənglər dəbdədir. Təbii ki, klassik modelləri də yaddan çıxarmaq olmaz.
Məsələn, Leyla xanımın seçimi olan bu Yves Saint Laurent marka, qara rəngli "cat-eye frame" eynək, sezonun ən dəbli eynəkləri arasındadır. Şəxsi fikrimi soruşsanız satışda olan qırmızı rəngli modeli daha çox bəyəndim.

Hal-hazırda satışda olan digər "cat-eye frame" eynəklərələ daha yaxından tanış olaq.Hər zaman dəbi izləyən xanımlara, bu çərçivədəki eynəklərdən ən az birini mütləq qarderoblarına əlavə etməyi məsləhət görürəm.
Friday, May 20, 2011
Arzu Aliyeva in White Lace Dolce&Gabbana Dress
Bu sezon ağ krujevalı parçaların çox dəbdə olduğunu, 2011-ci il yaz-yay moda trendləri haqqinda danışarkən(burdan baxa bilərsiniz) demişdim. Erdem, Ralph Lauren, Oscar de la Renta və Brioni kimi markaların son kolleksiyalarında, biri-birindən gözəl ağ krujevalı donları görmək olar. Lakin, bu romantik parçadan danışarkən Dolce&Gabbana-nın adını xüsusilə qeyd etmək lazımdır.
Elə Arzu Əliyeva da, bu yaxınlarda Buta Palace-da keçirilən tədbir üçün, Dolce&Gabbana imzalı, çox zərif krujevalı, ağ don seçmişdir. Hal-hazırda, satışda olan bu möhtəşəm ziyafət libası, Arzu xanıma həqiqətən çox gözəl yaraşıb. Klarç seçimi isə, qara Bottega Veneta knot-dur. Tam olaraq hansı model olduğunu fotolardan görə bilmirəm, lakin ən sadə modelləri belə ziyafət və qırmızı xalçalar üçün çox idealdır .Qara rəngli klarç geyim ilə uyğun olsada, uğurlu seçim deyil. Gümüşü, krem,qırmızı, hətta ağ rəngli klarç ilə ümumi görüntünü daha uğurla tamamlamaq olardı. Heç bir ziynət əşyasından istifadə etməyərək, geyimini və təbii gözəlliyini ön planda tutması isə, ümid edirəm, yeni il yolkası kimi, hər nə tapsa taxan xanımlarımıza nümunə olar.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.
Sezonun ortaları olmasına baxmayaraq, artıq Dolce&Gabbana kolleksiyasının tamamı dünya ulduzları tərəfindən, müxtəlif tədbirlər üçün seçilmişdir. Bunlardan Chanel İman, Diane Kruger, Blake Lively və Anne Hathaway-in adını çəkmək olar.
Qırmızı xalçalarda, ən çox seçilən klarçlar məhz Bottega Veneta-nın knot-larıdar. Hər sezon klassik modellərlə bərabər, onlarca yeni və fərqli modelləri də, satışa çıxarılan bu knot-lar sürətlə tükənir.

Wednesday, May 11, 2011
Leyla Aliyeva in Dolce&Gabbana
2011-ci ilin yaz-yay trendləri haqqında danışarkən(burdan baxa bilərsiniz), bu sezon floral printlərin çox dəbdə olduğunu demişdim. Hər nə qədər geyimlərində daha çox qara rəngə üstünlük versədə, Leyla xanımı Baku jurnalı üçün çəkilmiş bu fotoda, Dolce&Gabbana imzalı, gül-çiçək naxışlı, gözəl bir donda görmək mümkündür. Beləki, bu geyim heç bir Fashion Show-da təqdim olunmasa da, markanın bu sezon ən çox satılan donları arasındadır. Hal-hazırda satışda olan donu, daha əvvəl pop ulduz Christina Augliera və aktrisa Anne Hatthaway də geyinmişdir.Heç şübhəsiz, geyim Anne Hatthaway və Leyla Əliyevanın üzərində çox daha zərif görsənir.
Friday, May 6, 2011
Emin Agalarov in Burberry Trench Coat
Son dönəmdə adını daha çox musiqi sektorundakı uğurları ilə eşitdiyimiz Emin Ağalarov, bu dəfə də yeni klipinin çəkilişi üçün setdə görsəndi. Daha əvvəldə dediyim kimi,(burdan baxa bilərsiniz) Emin uzun illərdir Rusiya, Azərbaycan və MDB-də bir çox lux geyim və ayaqqabı markasının təmsilçiliyini edir. Moda dünyası ilə bu qədər yaxından maraqlanması, onun geyim seçimlərində də,hər zaman uğurlu olmasına səbəb olur. Klipin çəkimi üçün seçim etdiyi klassik Burberry trençi çox bəyəndim. Burberry "London" kolleksiyadan olan trençkot online satışda $1700-dır. Beləki, həm klassik, həm də denim üslub ilə rahatlıqla uyğunlaşan bu ikonik geyim vasitəsi Emin bəyə çox yaraşıb.
Burberry sayəsində, bütün dünyada modasevərlərin qarderoblarını bəzəyən bu geyim növünə sahib olan dünya ulduzları da az deyil. Hər il müxtəlif rəng və çeşidlə təqdim olunan ikonik Burberry trençlər, Emma Watson, Rihanna, Madonna,Angelina Jolie, Victoria Bechkam və Blake Lively kimi dünya ulduzlarının da sevimli geyimidir.

Friday, April 8, 2011
Christophe Decarnin Leaves Balmain
John Galliano-nun Dior-dan qovulmasından sonra(burdan baxa bilərsiniz), indi də Christophe Decar Balmain-dən ayrıldı. 7 illik iş birliyindən sonra dizaynerlə yollarını ayıran marka səbəb olaraq Christophe Decar-ın psixolojik problemlər yaşadığını göstərib.Balmain ilə iş birliyi müddətində markanı ən zirvə nöqtələrə qaldıran dizayner, hər sezon yaratdığı kolleksiyaları ilə modaya yön vermişdir. Xüsusilə də, 2009-cu ildə yaratdığı "strong shoulder"("qabarıq çiyin") geyimlər sezonun ən trendy kolleksiyasına çevrildi. Bundan başqa dizaynerin yaratdığı möhtəşəm qızılı geyim 6 jurnalın üz qapağı olaraq, rekord qırdı(burdan baxa bilərsiniz).Təbii ki, bu listi həddindən artıq uzatmaq mümkündür.
Maraqlısı isə dizayneri işdən çıxartmaq üçün göstərilən səbəbin heç də inandırıcı olmamasıdır. Hər halda, Balmain-ə bu qədər böyük uğur gətirmiş bir dizayneri vəzifəsindən çıxarmaq üçün daha məntiqli bir səbəb olmalıdır.
Balmain məşhurların ən sevdiyi markalar arasında ilk sıralardadır. Beyonce,Rihanna,Victoria Beckham,Madonna,Jessica Alba bunlardan sadəcə bir neçəsidir. Ümumiyyətlə, elə məşhur ola bilməz ki, onun qarderobunda heç olmazsa Balmain-dən bir parça olmasın.
Balmain bizim xanımların da ən sevimli dizaynerləri arasındadır.Bunlardan Leyla və Arzu Əliyevanın adını ən başda çəkmək olar.Xanımları dəfələrlə Balmain imzalı geyimlərdə görmək mümkündür.Bunların bəzilərini daha əvvəl sizinlə paylaşmışdım. Onlara və daha bir çox yenilərinə də göz gəzdirək.Gördüyümüz bütün bu Balmain-ləri Christophe Decar dizayn etmişdir.
1.Leyla Aliyeva möhtəşəm yaşıl Balmain donda.Eyni geyimi Carine Rotfield (Vogue Paris-in əvvəlki rəhbəri ) qızı Julia Restoin Roitfeld-də geyinmişdir.Bu geyim ilə bağlı daha əvvəl etdiyim posta burdan baxa bilərsiniz.
2.Leyla Aliyevanın bir digər Balmain donu.Bu geyimlə bağlı posta burdan baxa bilərsiniz.
3.Leyla Aliyeva "strong shoulder"("qabarıq çiyin") Balmain köynəkdə. Daha ətraflı burdan baxa bilərsiniz.
4.Bu şəkildə isə Leyla Aliyeva Balmain dəri pencək geyinmişdir. Hətta bu pencəyi xanımın üzərində bir neçə dəfə görmək mümkün olub.Sezonun ən çox seçilən parçaları arasında olan bu Balmain pencək Leyla xanıma da həqiqətən çox yaraşmışdır.
5.Leyla xanım qədər Arzu Əliyeva da Balmain vurğunudur. Beləki bu gördüyünüz qırmızı Balmain donu Kylie Minogue da geyinmişdir.Kylie Minogue donu tədbir üçün geyinərkən,Arzu xanım bu donu ziyafət üçün seçmişdir.Hər iki xanımın seçimi çox uğurludur.
5.Bakıdakı Bulgari butikində keçirilən kokteylə dəvət olunan Leyla və Arzu Əliyeva həqiqətən çox gözəl görsənirdilər.Leyla xanım tədbirə Victoria Beckam kolleksiyasından gözəl bir donla qatılmışdı.( burdan baxa bilərsiniz). Arzu xanım isə eyni tədbirə Balmain yubkanı, sadə satin kofta ilə tamamlamışdır.
6.Üsdəki yubkaya bənzəsə də, tam olaraq eyni olmayan bir digər Balmain donu Arzu xanımın üzərində görürük.Fərqli ətək hissəsi ilə diqqət çəkən don çox gözəldir.
Azərbaycan modasevərlərinin sevimli markalarından olan Fransız markanın Bakıda butiki yoxdur, lakin bu exclusive geyimləri multibrendlərdən əldə etmək mümkündür.

| Leyla Aliyeva və Julia Restoin Roitfeld eyni Balmain donda |

Sunday, April 3, 2011
Arzu Əliyeva və Aida Mahmudova Eyni Geyimdə
Arzu Əliyevanı mediya önündə az görmək mümkündür. Lakin, hər gördüyümüzdə bizi öz geyimi ilə təəccübləndirməyi bacarır. Məsələn,uşaqlar üçün keçirilən tədbirlərdən birində seçim etdiyi bu Matthew Williamson donda Arzu xanım çox gözəl görsənir. Gümüşü krujeva basqılı bu geyim xanımın yaşına da çox uyğundur.
Bir müddət sonra eyni geyimi Aida Mahmudova-nın üzərində də gördüm. Həm də Arzu Əliyevanın da qatıldığı Fransadakı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirilən tədbirdə. Bir yerdə olmasalar təsadüfdür demək olar, lakin bir yerdə olduqları onların da bundan xəbərdar olduğunu göstərir. Görünür Matthew Williamson-un bu zərif donu hər iki xanımın da ürəyini fəth edib. Bəlkə də, geyimi bir yerdə bəyənib alıblar)).
Yeri gəlmişkən, diqqətimi çəkən bir digər detal isə Arzu xanımın klaçıdır. Bir çox markanın kolleksiyasında sklet kəlləsini görmək olar.Bunlar arasında ən məşhuru Alexander McQueen və Philipp Plein-i göstərmək olar.İlk baxışdan Arzu xanımın da bu markalardan birinin klaç-ını götürdüyünü düşündüm lakin bu Lucien Pellat-Finet-in krokodil dərisindən olan çantası imiş. Bu cür exclusiv dizaynerlərdən seçim etməsi moda ilə yaxından maraqlandığını göstərir.

Thursday, March 17, 2011
Leyla Aliyeva in Roland Mouret
Hər zaman sadə, lakin özünəməxsus kəsimləri olan Roland Mouret xanımların ən sevimli dizaynerlərindən biridir. Beləki, az-çox moda ilə maraqlananlar Roland Mouret-in geyimlərini çox rahatlıqla seçə bilir. Yəni üzərində heç bir logo və ya etiket olmasa da, öz kəsimləri ilə rahatlıqla bu Roland Mouret-dir demək mümkündür. Bu da bir dizayner üçün həqiqətən çox böyük uğurdur.Markanın vurğunları arasında Victoria Beckham, Jennifer Lopez, Beyonce ,Scarlett Johansson,Catherine Zeta Jones, Dita Von Teese və Reese Witherspoon kimi daha bir çox dünya starının adını çəkmək olar.Roland Mouret öz zərif və klassik donları ilə bizim xanımların da qəlbinə yol tapmağı bacarıb. Məsələn, Leyla Əliyeva-nı bu markanın donlarında dəfələrlə görmək mümkündür. İş tədbirləri, ziyafətlər və gündəlik üçün möhtəşəm olan bu donlar hər xanımın qarderobunda olmalı dəyərli parçalardandır.
Bu rəng Roland Mouret-in geyimlərində ən çox istifadə etdiyi rənglərdəndir. Geyimin fərqli yaxa və çiyin kəsimləri isə həqiqətən usta işidir. Leyla Əliyevanın seçim etdiyi bu yaşıl Roland Mouret donun Scarlett Johansson ağ rənglisini seçib.Məncə Leyla xanımın seçimi daha uğurludur.
Bundan başqa marka ənəvi ağ və qara rənglərə çox üstünlük verir. Elə Leyla Əliyevanın da qarderobunda bu iki rəngin hakimiyətini görmək olar.
Üstdəki ağ Roland Mouret donu da həqiqətən çox gözəldir. Xüsusilədə çiyin hissəsindəki fərqlilik diqqəti çəkir. Bu geyimi Leyla xanım iş tədbiri üçün seçim edib. Olivia Wilde isə eyni Roland Mouret donu qırmızı xalçada geyinməyi üstün tutub. Hər iki xanımın seçimi uğurludur.
Bu Roland Mouret donu isə daha sadədir. Bir əvvəlki, ağ geyim ilə bir-birlərinə bənzəsələrdə bu geyimin çiyin hissəsində digəri kimi fərqlilik yoxdur. Məncə,birinci ağ Roland Mouret geyimi Leyla xanıma daha çox yaraşıb.
Bu şəkildə isə gördüyümüz kimi Leyla xanım qara Roland Mouret libası seçib.Hətta bu geyimi o bir neçə tədbirə geyinib. Beləki, bu geyimin ağ rənglisini Katherine Jenkins , çəhrayı rənglisini isə Victoria Beckham geyinmişdir.
Daha bir qara Roland Mouret donu.Bu isə mənim favorim və Leyla xanıma ən çox yaraşdığını düşündüyüm dondur. İki hissədən ibarət olan don həqiqətən çox sadə və gözəldir.
Leyla Əliyevanın seçim etdiyi bu Roland Mouret donu isə yəqin xatırladınız, bir müddət bundan əvvəl etdiyim postdur.Daha ətraflı burdan oxuya bilərsiniz.
Ulduzların seçim etdiklər, hətta bir çox hallarda eyni olan Roland Mouret donlar.
Bu isə mənim bir digər bəyəndiyim Roland Mouret-dir. Leyla xanım bu donun ağ rənglisini seçim edib,lakin bu boz rənglisi də xanıma çox yaraşar.
Yeri gəlmişkən, şəkillərə banner yerləşdirmək heç mənim də ürəyimcə deyil. Lakin Leyla xanım ilə əlaqədar bütün şəkillər və yazılar icasəiz olaraq(Təbii ki, mədəni və icazə ilə götürənlər də az deyil) Facebook-a düşür. Bundan sonra bəzi saytlar mənbə olaraq ya Facebook-u yada ümumiyyətlə mənbəsiz istifadə edir. Yəni sənin çəkdiyin əziyyəti öz məhsulları kimi çıxardırlar. Məsələn, Qafqazinfo saytı bu postu öz adlarından çıxardıb və müəllif haqqlarını pozublar.Bütün bunların qismən də qarşısını almaq üçün bannerləri yerləşdirmək qərarına gəldim.

Subscribe to:
Posts (Atom)