Sunday, January 23, 2011

Emin Agalarov in Louis Vuitton and Lanvin



Emin Agalarov uzun illərdir Rusiya, Azərbaycan və MDB-də bir çox lux geyim və ayaqqabı markasının  təmsilçiliyini edir. Hər zaman moda dünyası ilə yaxından əlaqədar olması onun öz qarderobunun da zəngin olmasına səbəb olur. Xüsusilə, Baku  jurnalının üz qapağı  və son albomu Wonder üçün çəkdirdiyi fotolarda seçim etdiyi sadə,klassik Louis Vuitton marka kostyumunu çox bəyəndim. Hətta bu günə qədərki, kostyum və smoking seçimləri arasında ən yaxşısı da demək olar. Bu kostyumun fit kəsimləri onun yaşına və tərzinə çox uyğundur. Lanvin marka klassik ağ köynəyi də çox keyfiyyətli və gözəldir. Qalstuk seçimi isə The Windsor Knot-dur. Bu fotolarda gömək mümkün olmasada, Baku jurnalındakı fotolarda saatını da görmək olur. Beləki, U-Boat marka,böyük korpuslu saat seçməsi biraz yanlışdır. U-Boat marka saatın daha çox denim stilə uyğun gəldiyini düşünürəm,onun əvəzinə daha sadə və klassik bir saat seçsə idi məsələn, Longines  VHP Perpetual Calendar əla olardı.Mənim fikrimcə bir digər kiçik yanlış isə kəmər taxmamasıdır.Düzü son dönəmdəki qırmızı xalça törənlərində də kəmər taxan məşhur kişiləri çox az görmək olur. Amma mən bu cür kostyumlarla,logosuz, sadə bir kəmərin taxılmasının vacib olduğunu və bunun daha gözəl göründüyünü düşünürəm.

Yeri gəlmişkən, Baku Jurnalının üzərində Emin Agalarovun Wonder albomunu da hədiyyə verirlər. Bütün track-lərə qulaq asdım. Hər zaman fərqli musiqilərə qulaq asan biri kimi,  albomdakı mahnıların hər birinin super olduğunu düşünürəm xüsusilə də, Just For One Night möhtəşəmdi. Fərqli səs tembiri və öz fərqli tərzi ilə mənim fikrimcə bizim cəmiyyətin ən uğurlu gənclərindəndir.Ugurlar!!!

No comments:

Related Posts Plugin for WordPress, Blogger...