Saturday, January 22, 2011

Mercedes-Benz SLK-Class 2012

Mercedes Benz SLK 2012 modelinin üçüncü nəsilinin rəsmi  təqdimatını etdi.Avtomobilin üst hissəsi  qara panaramik şüşə ilə rahatlıqla açılıb-bağlana bilir.Magic Sky Control funksiyası bir düymə ilə şüşənin şəffaflığını  dəyişmək imkanı verir.İlk baxışdan bu avtomobil SLS AMG-ni xatırlatsa da, iki avtomobil arasında çox böyük fərqlər var.

Avtomobilin interieri isə keyfiyyətli,zərif və idman üslubundadır.Salonda daha çox dəri materiallarından istifadə olunub.Mərkəzdə böyük touch screen ekran və analog saat yer alır.Yeni Airguide WindStop sistemidə avtomobilin üst hissəsi açıq olduqda kabindəki səs və hava axınını nəzarət etməyə imkan verir.
Bu avtomobil 3 yeni versiya ilə SLK200(184 at gücü), SLK250(204 at gücü) və SLK350(306 at gücü) mühərrikləri ilə təhciz olunmuş avtomobil 100 km-ə 6,1-7,1 litr həcmində yanacaq sərf edir.Avropa satış qiyməti 38,675 avrodur(Blue Efficiency SLK 350 isə 52,300 avrodur).

No comments:

Related Posts Plugin for WordPress, Blogger...