Saturday, January 15, 2011

Burberry Prorsum Fall 2011 Menswear Collection

Demək olar ki, hər sezonda tam başqa bir Burberry görməyə artıq alışdım.Christopher Bailey markanın əsas prinsipi olan British Style-i hər sezonda fərqli təqdim edir. Bir sezon klassik trençlər, daha sonra motorbike və aviator gödəkçələr, bu dəfə də rəngli və klassik paltolar möhtəşəm idi. Kolleksiyada qiymətli və keyfiyyətli dərilərdən bolca istifadə edilmişdi. Gələcək 2011 qış sezonunda bütün dünyadakı Burberry butiklərində satılacaq bu geyimlər, show bitdiyi andan etibarən online 1 həftəlik satışa çıxarılıb. Elə markanın ən sevdiyim yönlərindən biridə burasıdır. Ona görə sizin üçün palto və çantaların qiymətini yaza bilirəm.Əgər sizdə sezonundan öncə bu kolleksiyadan birşey almaq istəsəniz burdan sifariş verə bilərsiniz.













Bu kolleksiya üçün Bailey geniş çeşiddə çanta dizayn edib. Xüsusilədə, krokodil çantalar əladır.


No comments:

Related Posts Plugin for WordPress, Blogger...