Thursday, March 17, 2011

Leyla Aliyeva in Roland Mouret

Hər zaman sadə, lakin özünəməxsus kəsimləri olan Roland Mouret xanımların ən sevimli dizaynerlərindən biridir. Beləki, az-çox moda ilə maraqlananlar Roland Mouret-in geyimlərini çox rahatlıqla seçə bilir. Yəni üzərində heç bir logo və ya etiket olmasa da, öz kəsimləri ilə rahatlıqla bu Roland Mouret-dir demək mümkündür. Bu da bir dizayner üçün həqiqətən çox böyük uğurdur.Markanın vurğunları arasında Victoria Beckham, Jennifer Lopez, Beyonce ,Scarlett Johansson,Catherine Zeta Jones, Dita Von Teese və  Reese Witherspoon kimi daha bir çox dünya starının adını çəkmək olar.Roland Mouret öz zərif və klassik donları ilə bizim xanımların da qəlbinə yol tapmağı bacarıb. Məsələn, Leyla Əliyeva-nı bu markanın donlarında dəfələrlə görmək mümkündür. İş tədbirləri, ziyafətlər və gündəlik üçün möhtəşəm olan bu donlar hər xanımın qarderobunda olmalı dəyərli parçalardandır.

 Bu rəng Roland Mouret-in geyimlərində ən çox istifadə etdiyi rənglərdəndir. Geyimin fərqli yaxa və çiyin kəsimləri isə həqiqətən usta işidir. Leyla Əliyevanın seçim etdiyi bu yaşıl Roland Mouret donun Scarlett Johansson ağ rənglisini seçib.Məncə Leyla xanımın seçimi daha uğurludur.
Bundan başqa marka ənəvi ağ və qara rənglərə çox üstünlük verir. Elə Leyla Əliyevanın da qarderobunda bu iki rəngin hakimiyətini görmək olar.
 Üstdəki ağ Roland Mouret donu da həqiqətən çox gözəldir. Xüsusilədə çiyin hissəsindəki fərqlilik diqqəti çəkir. Bu geyimi Leyla xanım iş tədbiri üçün seçim edib. Olivia Wilde isə eyni Roland Mouret donu qırmızı xalçada geyinməyi üstün tutub. Hər iki xanımın seçimi uğurludur.
 Bu Roland Mouret donu isə daha sadədir. Bir əvvəlki, ağ geyim ilə bir-birlərinə bənzəsələrdə bu geyimin çiyin hissəsində digəri kimi fərqlilik yoxdur. Məncə,birinci ağ Roland Mouret geyimi  Leyla xanıma daha çox yaraşıb.

 Bu şəkildə isə gördüyümüz kimi Leyla xanım qara Roland Mouret libası seçib.Hətta bu geyimi o bir neçə tədbirə geyinib. Beləki, bu geyimin ağ rənglisini Katherine Jenkins , çəhrayı rənglisini isə Victoria Beckham geyinmişdir.
Daha bir qara Roland Mouret donu.Bu isə mənim favorim və Leyla xanıma ən çox yaraşdığını düşündüyüm dondur. İki hissədən ibarət olan don həqiqətən çox sadə və gözəldir.
Leyla Əliyevanın seçim etdiyi bu Roland Mouret donu isə yəqin xatırladınız, bir müddət bundan əvvəl etdiyim postdur.Daha ətraflı burdan oxuya bilərsiniz.

Ulduzların seçim etdiklər, hətta bir çox hallarda eyni olan Roland Mouret donlar.
Bu isə mənim bir digər bəyəndiyim Roland Mouret-dir. Leyla xanım bu donun ağ rənglisini seçim edib,lakin bu boz rənglisi də xanıma çox yaraşar.

Yeri gəlmişkən, şəkillərə banner yerləşdirmək heç mənim də ürəyimcə deyil. Lakin Leyla xanım ilə əlaqədar bütün şəkillər və yazılar icasəiz olaraq(Təbii ki, mədəni və icazə ilə götürənlər də az deyil) Facebook-a düşür. Bundan sonra bəzi saytlar mənbə olaraq ya Facebook-u yada ümumiyyətlə mənbəsiz istifadə edir. Yəni sənin çəkdiyin əziyyəti öz məhsulları kimi çıxardırlar. Məsələn, Qafqazinfo saytı bu postu öz adlarından çıxardıb və müəllif haqqlarını pozublar.Bütün bunların qismən də qarşısını almaq üçün bannerləri yerləşdirmək qərarına gəldim.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...