Wednesday, March 23, 2011

Elizabeth Taylor Vəfat Etdi!!!


Bu gün aldığım bir xəbərdə canlı Hollywood əfsanələrindən biri Elizabeth Taylor-un vəfat etdiyini öyrəndim. Əminəm bu xəbərə kədərlənən millionlarca insan var.Elizabeth Taylor, Hollywood-un ən qızıl dönəmindəki aktrisalarından idi.

Çəkildiyi filimləri, gözəlliyi və şəxsi həyatı ilə hər zaman diqqət mərkəzində olan bu xanım öz gözəl geyimləri ilə də modaya yön vermiş bir ikondur.


Xüsusilə də, gözlərinin gözəlliyi,mənalı baxışları və fərqli rəngi həqiqətən çox insanın qəlbində iz qoymuşdur. Bu gün bu gözlər bir daha açılmamaq üzrə əbədi olaraq yumuldu. Dünyaya qalan isə Marlyn Manro, Grace Kelly və Audrey Hepburn kimi daha bir silinməz tarix.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...