Monday, March 14, 2011

BMW series 5 GT by Trussardi


Bu il lux İtalyan marka Trussardi  yaranmasının 100-cü ilini qeyd edir. Beləki, bütün dünyada daha çox dəri əlcəkləri və aksesuarları ilə sevilməyə başlayan markanın əsası 1911-ci ildə Nicola Trussardi tərəfindən qoyulub. Marka hər il Trussardi 1911, TruTrussardi və TJ Trussardi Jeans adlı 3 kolleksiya təqdim edir. Azərbaycanda da TruTrussardi butiki fəaliyyət göstərir.


Bu il Trussardi öz yaşını qeyd etmək üçün BMW ilə əməkdaşlıq etmək qərarına gəlib. Ortaya çıxan məhsulu isə sözlərlə ifadə etmək kifayət etmir. Beləki, Trussardi-nin tarixindən ilhamlanaraq, markanın zəngin motivləri ilə dekorasiya edilən avtomobil, tək kəlimə ilə möhtəşəmdir. Markanın şərəfinə hazırlanan bu avtomobil yalnız xüsusi sifarişlərlə 6 həftə içində hazırlanır.


Avtomobil 530,535 və 550 modelləri ilə təqdim olunacaq. Beləki, BMW 530 modeli 245 at gücünə malikdir. 100 km məsafəni 6.9 saniyəyə yığan avtomobilin maximum sürəti 235 km/saatdır. 535 və 550 modelləri isə sıra ilə 306 və 407 at gücünə malikdir.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...