Sunday, March 13, 2011

Shopping Guide-Man

Artıq yeni sezonun biri-birindən lux və gözəl geyimləri butiklərin vitrinlərini bəzəməyə başladı. Mən də markaların yeni sezondakı "must have" geyim və aksesuarlarını yavaş-yavaş sizinlə paylaşıram. Bu dəfə yaz sezonu üçün kişilərin qarderobuna əlavə olunmalı bəzi geyim və aksesuarlarla tanış olaq. Beləki, yazın ilk görünüşü üçün lazım olan geyim və aksesuarlar bunlardır.

1.Balmain köynək, bu yazın ən dəbli parçalarındandır.Yaz aylarında gənc və dinamik görsənmək istəyənlər bu köynəyi listin ilk sırasına yazsınlar. Qiyməti $482(300 pound)-dır.

2.Bu köynəyi isə klassik şalvarla deyil, denim jeans-lə tamamlamaq vacib şərtdir. Məsələn, bu açıq tonlardakı Dolce&Gabbana jeans bunun üçün ideal seçim olar.Qiyməti $515-dır.
3.Burberry Fashion Show-su zamanı podiumda gördüyümüz ilk motorbike gödəkçədən sonra yeni yaz-yay sezonun  trendinin nə olacağı bizə açıq-aydın bəlli oldu. Biri-birindən möhtəşəm yaz gödəkçələri bu sezon qarderoblara əlavə edilməli ən vacib parçalardandır. Məsələn, mənim seçimim bu Burberry Prorsum rockin-chic dəri jiletdir. Qiyməti $4823(3000 pound).

4.Lanvin-in exotic krasovkaları tək kəlimə ilə insanı valeh edir.Hər zamankı kimi bu krasovkanın da rəng kombinasiyası çox möhtəşəmdir. Qiyməti $675 dollardır.

5.Yves Saint Laurent-in  YSL yazılı böyük və kobud kəmərlərini heç bəyənmirəm. Lakin bu yeni sezonun kəməri həm çox gözəl, həm də bizim kombinasiyaya fərqli bir rəng qatır. Əgər yaz sezonunda bu Yves Saint Laurent kəmərə sahib olsanız, bir çox geyimlərinizi rahatlıqla tamamlaya bilərsiniz. Qiyməti $245(152 pound)-dır.

6.Qısa səyahətlər üçün əvəzedilməz olan bu Hermes çanta həqiqətən kişilərin qarderobunda olmalı bir neçə çantadan biridir. Yaratdığımız kombinasiyada krasovka və aksesuarlara da möhtəşəm uyumlu görsənir. Qiyməti $3300-dır.

7.Alexander McQueen-in ən sevilən skull şərfləri bu sezonda müxtəlif rəng və seçimləri ilə sezonun ən trendy parçalarındandır. Şərflə görünüşümüzə biraz da rockin-chic hava qatırıq. Qiyməti $295(183 pound)-dır.

8.Bu Tom Ford aviator eynək sezonun ən hit parçalarındandır.Bu sezon dünyaya Tom Ford-un gözündən baxmaq istəyənlər bu eynəyi mütləq əldə etsinlər. Qiyməti $430-dır.
 9.Bottega Veneta-nın dəri aksesuarlarının yerini heçnə vermir. Xüsusilə də, bu pul kisəsini (кошелек) çox bəyəndim. Qiyməti $405 -dır.

10.Geyimimizi biraz da zənginləşdirmək üçün dəri Tod's qolbaqlardan istifadə edək. Beləki, bir çox insan mənim kimi, saat taxmağı çox da sevmir. Elə həmin insanlar üçün bu aksesuarlar əla seçimdir. Hər birinin qiyməti $225-dır.

Nəhayət ortaya çıxan görünüş həqiqətən çox möhtəşəmdir. Bu sezonda bu görünüşdə olmağı əminəm bir çox gənc bəylər istəyir. Bunun üçün gördüyümüz must have geyim və aksesuarları əldə etmək lazımdır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...