Thursday, August 25, 2011

Maserati GranCabrio Designed by Fendi


Daha əvvəl sizinlə Trussardi-nin BMW ilə (burdan baxa bilərsiniz),Bugatti-nin Königliche Porzellan-Manufaktur ilə(burdan baxa bilərsiniz) və onlarca məşhur dizaynerin Mini Cooper-la(burdan baxa bilərsiniz) olan ortaq çalışmalarını paylaşmışdım. Ümumiyyətlə,moda sektorunun avtomobil sektoru ilə hər zaman iç-içə olduğunu deməyə məncə ehtiyac yoxdur.Lamborghini-Versace,Fiat-Gucci və nəhayət son olaraq Fendi-Maserati çalışması bunlardan sadəcə bir neçəsidir.Elə bu dəfə də sizə iki lux italyan marka FendiMaserati-nin birgə hazırladığı yeni GranCabrio haqda danışmaq istəyirəm.


Beləki, sentiyabr ayında Frankfurt Auto Show-da təqdim olunacaq avtomobilin məhdud sayda istehsal edilməsi planlaşdırılır.4.7 litr həcimli V8 mühərriklə təhciz olunmuş Maserati GranCabrio, Fendi-nin dəbli toxunuşu ilə daha da mükəmməl və cəlbedici dizayna malik olub. Parlaq qəhvəyi tonlarındakı exterierin davamı olaraq salonun da tamamı qəhvəyi tonlarda hazırlanıb. Və detallarda əlbəttə ki, markanın sevimli rəngi olan sarıdan istifadə edilib.Bundan başqa yüksək keyfiyyətli dəridən hazırlanmış oturacaqlardakı Fendi-nin ənənəvi FF logosu da diqqəti çəkir. Eyni zamanda Fendi avtomobil üçün xüsusi məhdud sayda səyahət dəsti də hazırlayıb.Satışı və qiyməti ilə bağlı hələ dəqiq məlumat verilməsə də əminəm dəb və sürət tutqunlarının dərhal sahibi olacağı möhtəşəm avtomobillərdən biridir.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...