Sunday, August 28, 2011

Charlotte Olympia Fall 2011 Collection

Hər nə qədər yaz-yay 2011 koleksiyasını daha çox bəyənsəm də(burdan baxa bilərsiniz),yeni payız-qış Charlotte Olympia-ları da həqiqətən çox zövqlə hazırlanıb. Baxmayaraq ki, dünya "Louboutin"-i qadın ayaqqabılarının kralı seçdi, şəxsi fikrimcə Charlotte Olympia kolleksiyası daha maraqlı və diqqət çəkəndir. Yox əlbəttlə ki, Christian, Louboutin dünyanın ən yaxşı ayaqqabı dizaynerlərindən biridir və onu pisləmək niyyətində deyiləm, amma Charlotte Olympia kolleksiyalarını daha çox bəyəndiyimi bildirmək istiyirəm. Xüsusilə də, bir neçə il ərzində klassikləşən timeless(zamansız) modelləri xanımların incə zövqünü oxşamağa davam edir.Yeni sezon kolleksiyasında isə fərqli detallarla zənginləşdirlimiş daha çox model var.Çox təəssüf ki, keçən sezon çox bəyəndiyim qalın taxta dabanları bu sezon görə bilmədim. Blogda sizinlə ən bəyəndiyim modelləri paylaşıram, kolleksiyanın tamamına isə Luxury Baku-nun Facebook fan səhifəsindən, burdan baxa bilərsiniz.Qiymətlər isə təxmini $800-$1300(£550-£800) dəyişir.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...