Bu gördüyünüz möhtəşəm saat Van Cleef & Arpels tərəfindən, sentiyabr ayında keçiriləcək “ONLY Watch” xeyriyyə auksiyonunda satışa çıxarılacaq. Məşhur Fransız yazar Jules Verne-yə həsr olunmuş "From the Earth to the Moon" saatı, yazarın göy cisimləri haqqında 1865-ci ildə yazdığı əsərin ideyaları əsasında hazırlanmışdır.İnsanların ayı kəşf etməsi fəlsəfəsinə əsaslanan saatın korpusunda günəş sistemi təsvir olunmuşdur. Yerin,Ayın,ulduzların hətta meteoritlərin belə qiymətli materiallardan, əl ilə hazırlanması bu möhtəşəm saata diqqəti biraz da artırır.Xüsusilə də, kosmik raket formasında hazırlanan əqrəblər çox fərqli və qeyri-adi ideyadır.Sadəcə bir ədəd istehsal olunmuş saatın, hazırlanması videosunu da sizinlə paylaşıram.
P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment