Saturday, July 2, 2011
Tag Heuer Link Phone
Bir müddət bundan əvvəl Vertu-nun ilk smartfonu haqda məlumat vermişdim(burdan baxa bilərsiniz) indi isə sevimli saat markam olan Tag Heuer-in yeni "touchscreen" smartfonunu sizə təqdim etmək istəyirəm.Yeni smartfon texnoloji xüsusiyyətlərindən çox ilk olaraq fərqli dizaynı ilə diqqəti çəkir.Tag Heuer Link Phone-un bütün detallarında ənənəvi İsveçrə saatları cizgilərini görmək mümkündür.Hazırlanmasında möhürlənmiş paslanmaz polad,18 əyyarlıq çəhrayı qızıl,çızılmayan safir ekran və krokodil dərisi kimi qiymətli materiallardan istiffadə olunub.Bu il satışa çıxarılması planlaşdırılan,premium sinif üçün nəzərdə tutulmuş Tag Heuer Link Phone $6500-dan başlayacaq.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment