Sunday, September 18, 2011
Happy B-Day my Luxury Baku
Son zamanlarda başım o qədər qarışıqdır ki, blogumun 1 yaşı olduğunu belə unutmuşam.Keçən il Sentiyabrın 16-da blogumu yaratmaq qərarına gəldim və 1 il ərzində Luxury Baku sizlərin sevilmli bloguna çevrildi.Bu bir il ərzində ən son moda trendlərini,ən qiymətli saatları və ziynət əşyalarını, yaxta və avtomobil sektorundakı yenilikləri, qırmızı xalça törənlərini,eləcə də ölkəmizdə olan açılışları və kokteylləri,cəmiyyət həyatının ən diqqət çəkən xanım və bəylərinin geyimlərini öz şəxsi fikirlərimlə birlikdə sizinlə paylaşdım. Bu müddət ərzində sizlərin qəlbinə yol tapa bildiyimi düşünürəm,ən azından bunu sizlərdən aldığım maillərdən, komentlərdən və statistikadan görə bilirəm. Xəbərlərimin 100,000-ə yaxın oxunması,gündəlik 1000-ə(bəzən 2000-də olur) yaxın ziyarətçi və 465 Facebook fanı qısa zaman ərzində reklamsız olaraq əldə etdiyim uğurdur deyə düşünürəm.Ən əsası odur ki, oxucularımın hər biri dünya görüşlü və səviyyəli insanlardır. Bir daha hər birinizə çox təşəkkür edirəm və bir neçə günlük fasilə verirəm. Tezliklə yeni xəbərlərim ilə gündəlik görüşərik. Hər birinizə həyatda və işlərinizdə uğurlar. Bu müdətdə kevin.rudolf@gmail.com e-mail adresindən və Luxury Baku-nun Facebook səhifəsindən (burdan baxa bilərsiniz) hər zamanki kimi əlaqə saxlayıb, suallarınızı verə bilərsiniz.
Subscribe to:
Post Comments (Atom)
10 comments:
Tebrikler))lux blogdu,uqurlar))
Chox sagol))
Tabriklar,ela bloqunuz var amma daha cox qadin koleksiyalarini ve sezonun geyimlerini paylasaniz ela olar.Ugurlar size.
Teshekur edirem aysel xanim, soz isteylerinizi nezere alacam)
Happy Birthday !! baxmayarag ki, bu blogu bu gun keshf ettim ))
menim bloglarimda da gozleyirem sizi...
http://streetstylebaku.blogspot.com/
http://fashionworldxavi.blogspot.com/
Chox sagolun,chox teessuf ki men fasile verdiyim vaxta keshf ede bildiniz))).Sizin bloglara da baxdim ve chox beyendim, ugurlar size.
Salam,
Bilmek isteyerdimki saytiniz oz fealliyetini niye saxlayib? Hemishe cox maraqli postlariniz olurdu, amma axir bir nece ayda artiq passivleshmisiz. Umidvaram, ciddi bir problem yoxdu. :)))
Tehsil almaq uchun ingiltereye geldim,derslerim chox chetin oldugu uchun bloga vaxt ayira bilmirem(((sorushdugun uchun chox sagol:)en qisa zamanda derslerimi biraz qaydasina qoyum yene yazmaga bashliyacam))yeqinki fb-den xeber edecem)
Keyfiyyətli, peşəkarca hazırlanan nadir yerli bloqlardandır. Təbriklər və uğurlar!
Fikirleriniz uchun chox teshekkur edirem))
Post a Comment