Arzu Əliyevanı mediya önündə az görmək mümkündür. Lakin, hər gördüyümüzdə bizi öz geyimi ilə təəccübləndirməyi bacarır. Məsələn,uşaqlar üçün keçirilən tədbirlərdən birində seçim etdiyi bu Matthew Williamson donda Arzu xanım çox gözəl görsənir. Gümüşü krujeva basqılı bu geyim xanımın yaşına da çox uyğundur.
Bir müddət sonra eyni geyimi Aida Mahmudova-nın üzərində də gördüm. Həm də Arzu Əliyevanın da qatıldığı Fransadakı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirilən tədbirdə. Bir yerdə olmasalar təsadüfdür demək olar, lakin bir yerdə olduqları onların da bundan xəbərdar olduğunu göstərir. Görünür Matthew Williamson-un bu zərif donu hər iki xanımın da ürəyini fəth edib. Bəlkə də, geyimi bir yerdə bəyənib alıblar)).
Yeri gəlmişkən, diqqətimi çəkən bir digər detal isə Arzu xanımın klaçıdır. Bir çox markanın kolleksiyasında sklet kəlləsini görmək olar.Bunlar arasında ən məşhuru Alexander McQueen və Philipp Plein-i göstərmək olar.İlk baxışdan Arzu xanımın da bu markalardan birinin klaç-ını götürdüyünü düşündüm lakin bu Lucien Pellat-Finet-in krokodil dərisindən olan çantası imiş. Bu cür exclusiv dizaynerlərdən seçim etməsi moda ilə yaxından maraqlandığını göstərir.
4 comments:
Bu Aida Mahmudova kimdir ki?
Arzu xanimin xalasi qizidir.Nargiz Pashayevanin qizi.)
Ziya Məmmədovun gəlini? Bəs niyə Mahmudova?
Bu barədə bir məlumatım yoxdur)Sadəcdə Aida Mahmudovanın Nargiz Pashayevanin qizi olduğunu bilirəm).
Post a Comment