Yaz-yay 2011 sezonunda ən çox bəyəndiyim kolleksiyalardan biri də Jil Sander oldu. Hər zaman minimalist kəsimləri ilə sevilən Jil Sander, bu dəfə də ənənəsinə sadiq qaldı. Bu sezonun sevindirici xüsusiyyəti isə, bütün üslublarda olduğu kimi minimalist üslubda da mümkün qədər depresiv qara rəngdən uzaq durulmasıdır. Nəticəsi isə, son dərəcə sadə və rəngarəng minimalist geyimlərdir.
Kolleksiyada diqqət çəkən neon rənglər yaz-yay ayları üçün ideal olsada, bir çox xanımlar bu rənglərdən uzaq durmağa çalışır. Lakin, unutmayaq ki, bu sezon son dərəcə parlaq rəngli geyimlər çox dəbdədir və bir çox markaların kolleksiyalarının əsasını təşkil edir. Bu cəlbedici rəngləri bir-biri ilə uyğunlaşdırıb geyinməsəniz belə, ən azından onların qara vəya ağ rənglə uyğun kombinasiyasını yaradın. Beləcə həm daha az diqqət çəkərsiniz , həm də bu rənglər üzərinizdə göz yorucu olmaz.
Jil Sander kolleksiyasının, bu sezon üçün trend yaradan ikinci motivi isə, gül-çiçək printləridir. Daha əvvəl 2011 yaz-yay moda trendləri haqda danışarkən, bu iki xüsusiyyətin sezon ayları üçün çox vacib olduğunu və bir çox kolleksiyalarda rast gəlindiyini demişdim. (burdan baxa bilərsiniz)
Markanın geyimləri qədər aksesuarları da çox fərqlidir. Bu sezon ən çox seçilən çantalar arasında olan dəri və parça "market" çantaları həqiqətən çox gözəldir.
Dünya ulduzlarının sevimli markası olan Jil Sander, hər zaman qırmız xalçada uğurlu geyinən xanımların seçimi olmuşdur. Son dərəcə sadə lakin, bir o qədər də fərqli geyinməyi sevən xanımlar, Jil Sander kolleksiyalarını yaxından izləsin.
No comments:
Post a Comment