Burberry-nin gənc nəsil üçün nəzərdə tutulmuş Brit kolleksiyası keçən ildən də yaxşı xatırladığımız "April Shower"(kapsul kolleksiya) kompaniyası ilə təqdim edildi. Prorsum və London kolleksiyalarından fərqli olaraq canlı rənglər,sadəlik və gəncliyin arzuladığı möhtəşəm rahatlıq kolleksiyanın əsasını təşkil edir. Kolleksiya Britaniyanın "yağışlı aprel ayı"-na həsr olunduğu üçün trençlər və aksesuarların çoxu su keçirməyən, transparant neylon-dan hazırlanıb.Qırmızı,göy,sarı və yaşıl kimi yaz aylarının rənglərini bu dinamik kolleksiyada görmək mümkündür.
Məşhur fotoqraf Mario Testino-nun çəkdiyi fotolarda xüsusi yağış effekti də kolleksiyanın mahiyyətini vurğulamaq üçün möhtəşəm ideyadır.Aprel ayı boyunca bütün Burberry butiklərində satışda olacaq "April Shower" kapsul kolleksiyasının bəzi geyim və aksesuarları ilə daha yaxından tanış olaq.
Yeri gəlmişkən bir neçə gün bundan əvvəl Burberry-nin kreativ dizayneri Christopher Bailey, markanın Çindəki yeni butikinin açılışı üçün moda,musiqi və yüksək texnologiyanı birləşdirərək möhtəşəm bir show hazırlamışdı. Show-nu canlı olaraq markanın web saytından və 250-dən artıq nöqtədən izləmək mümkün idi.Mən də Burberry.com-dan izlədim və həqiqətən çox bəyəndim.Britaniya ruhlu əvəzolunmaz bir gecə idi.Fotoları tapa bilsəm sizinlə paylaşacam.
No comments:
Post a Comment