Nəhayət, aylardır səbirsizliklə gözlənilən gün gəldi çatdı. Bu gün Prince William və Kate Middleton möhtəşəm bir törənlə evləndilər. Hər kəs kimi, məndə toyu böyük bir maraqla gözləyirdim və BBC-dən canlı izləmək imkanım oldu. Westminster Abbey-də baş tutan mərasim, Britaniya adət-ənənələrinə sadiq qalınmış, əsl "Krallıq Toyu"("Royal Wedding") idi. Mərasimin hazırlanması, qonaqların geyimi, ümumiyyətlə toyun özü, insana sanki filimlərdən izlədiyimiz və kitablardan oxuduğumuz keçmiş zamanları xatırladırdı. Yəni tarixə kiçik bir səyahət də demək olar, bu toya. Dünyanın bütün əsilzadələri, duşesləri, kral və kraliçaları, eləcədə ən ziayalı insanları bu toyun dəvətliləri arasında idi. Xanımların zərif, muhafizəkar donları, bəylərin smoking vəya xüsusi hərbi geyimləri həqiqətən çox maraqlı idi. Bu barədə bir sonrakı yazımda daha ətraflı yazacam, indi isə tədbirin baş qəhramanlarının geyimlərinə nəzər salaq.
Uzun zamandır bütün media-nın gündəmini məşğul edən Kate-in gəlinlik seçimi ilə bağlı fərziyələr nəhayət bu gün sonlandı. Erdem, Alice Temperley, Vera Wang və Burberry kimi bir çox dizaynerin adı çəkilsə də, toy gününə qədər dəqiq heç bir məlumat verilmədi.Gəlinliyi hazırlamaq isə Alexander McQueen-in kreativ dizayneri olan Sarah Burton-a qismət oldu. Geyimin romantik üst hissəsini gördükdə ağlıma gələn ilk cizgi Monako kraliçası olmuş əfsanəvi Grace Kelly-nin gəlinliyi idi.
Kate Middleton/Grace Kelly |
Daha sonra tamamını gördükdə isə ilk ifadəm "ÇOOX GÖZƏL SEÇİMDİR" oldu. Kate, bu zərif və modern kəsimləri olan Alexander McQueen gəlinlikdə tarixin ən aristokrat gəlinləri arasında daxil oldu. Demək olarki, son dönəmdə gördüyüm ən gözəl seçimi edən, "İngilis Krallığı" gəlinidir. Üst hissəsinin tamamı krujeva ilə örtülən gəlinliyin, uzun və çoxda qabarıq olmayan ətək hissəsində də bu parçadan istifadə olunub.
Fata olaraq son dərəcə nazik tüldən istifadə edilməsi ən zəyif küləkdə belə onu dalğaılandırdı. Buda ortaya gözəl bir görüntü çıxarırdı.
Gəlinin tacı, dünyanın ən böyük zərgərlik evlərindən biri olan Cartier tərəfindən 1936-cı ildə hazırlanmış "halo" idi. Ziyafət üçün William-ın smoking seçimi isə qırmızı rəngli hərbi geyim idi.
No comments:
Post a Comment