Tuesday, April 5, 2011

Prada S/S 2011 Collection

Prada yeni sezonun nəbzini tutmağa davam edir. Öz möhtəşəm yaz-yay 2011-ci il kolleksiyası ilə modasevərlərin qarderobuna fərqlilik  gətirməyi bacaran Prada sezonun ən rəngli markalarındandır. Milan,Paris və London kimi böyük moda şəhərlərinin "street fashion"("küçə modası") izləyicisi kimi əminliklə deyə bilərəm ki, sezonun ən çox seçilən geyimləri arasında məhz Prada-nın zolaqlı "oversized"("böyük ölçülü") geyimləri,neylon çantaları və kobud dabanlı lakin bir o qədər də trendy  ayaqqabıları üstünlük təşkil edir. Xüsusi ilə də, son moda həftələrində bu böyük şəhərlər Prada-nın ovsunlayıcı rəngləri və zolaqları  ilə canlanmışdır.


Çox təəssüf ki, bu geyimləri Azərbaycanda görmək fövqəladə haldır. Birincisi ona görə ki, hələ də Prada butiki Bakıda yoxdur. Markanın təmsilçiliyini edən Emporium-a isə bu qədər iddialı geyim və aksesuarların xüsusilə də, ayaqqabıların gətirilməyəcəyini düşünürəm. Gətirilsə belə, rəngli moda küçələri olan böyük şəhərlərdən fərqli olaraq, həmin geyimləri Bakı küçələrində geyinənlərə  yəqin ki, hər kəs başqa planetdən  gəlmiş kimi münasibət bəsləyər. Buna görə də Bakı street fashion(küçə modası) baxımından çox kasıb şəhərdir.Əminəm şəhərimizdə yeni butiklər açıldıqca, insanlar modanı daha yaxından izlədikcə, xüsusilə də, Luxury BakuFashionable Baku bloglarını hər gün oxuduqca(kiçik reklam da etdim), qısa zaman sonra eyni mənzərələri Bakı küçələrində də görmək mümkün olacaq.


İndi isə şikayətləri bir kənara qoyub, Prada-nın yeni yaz-yay kolleksiyası ilə daha yaxından tanış olaq.Kolleksiyanın tamamı parlaq, əsl yaz-yay aylarına uyğun canlı rənglərdən ibarətdir. Zolaqlı parçalarla bərabər,  kolleksiyada təbiət, meyvə (banan), heyvan (meymun) qısacası natural printlərin də üstünlük təşkil etdiyini görürük.


 Kolleksiyanın ən bəyəndiyim hissəsi isə,  möhtəşəm ayaqqabılardır.Həm qadın,həm də kişi ayaqqabıları həqiqətən sezonun fərqliliyini yaradacaq gözəllikdədir.



Daha çox krasovka geyinməyi sevən biri olaraq, aşağıdakı oxford Prada-ları must have(yeni sezon üçün almaq istədiklərim) listimdə ilk sıraya qeyd etdim. Qiyməti isə $795-dır. Hələ də, seçim etməkdə çətinlik çəkirəm amma ən bəyəndiyim sarı-göy-qəhvəyi rəngli olandır. İlk şansımı Emporium butikinə baş çəkərək yoxlayacam.Ümid edirəm eynisini tapa biləcəm.Hər nə qədər klassik ayaqqabı olsa da, daban hissəsindəki fərqliliyi və rəngləri onları cinslə də rahatlıqla geyinməyə imkan verir.


No comments:

Related Posts Plugin for WordPress, Blogger...