Wednesday, April 20, 2011

Waggon Paris Store Opening in Baku


Günü-gündən inkişaf edən və gözəlləşən Bakıda bu yaxınlarda yeni açılan butiklərdən biri də Fransız marka Waggon oldu. Beləki, öz fərqli konsepti ilə digər bütün butiklərdən fərqlənən Waggon müxtəlif xidmətləri xanımlar üçün təqdim edir. Bunların arasında markanın geyimlərinin satıldığı butik, gözəllik salonu və kafe braseri də fəaliyyət göstərir. Ən sevindirici hal isə, daha əvvəldə sizinlə paylaşdığım kimi(burdan baxa bilərsiniz) möhtəşəm Fransız şirniyatı olan makaronları da bu kafedə dadmaq mümkün olacaq. Məncə ən azından bunun üçün Waggon-a baş çəkməyə dəyər.


Butikin yerləşdiyi tarixi binanın lazer işıqları ilə rəngləndirilməsi həqiqətən çox gözəl vizual görüntüyə səbəb oldu. Nyu-York, London,  Milan, Barselona, Dubay və Tokiyo kimi böyük moda şəhərləri ilə bərabər artıq Bakının Rəşid Behbudov küçəsində də  tam fərqli butik konsepsiyası ilə fəaliyyət göstərəcək Waggon, De Grisogono, ChopardRoberto Coin zərgərlik butiklərinə qonşu oldu.


Açılışa bir çox yerli şou-biznes müğənniləri ilə bərabər “Eurovision ” mahnı müsabiqəsindən tanıdığımız Safura Əlizadə və Hadise də dəvət almışdır. Fəxri qonaq isə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç idi.






Photos by 1News.az

No comments:

Related Posts Plugin for WordPress, Blogger...