Bentley Continental GT 2011- 8 il bundan əvvəlki ilk modelin tamamilə yeniləşdirilmiş versiyasıdır. Bu dinamik idman görünüşlü avtomobildəki ilk nəzərə çarpan dəyişiklik ön və arxa faralardadır.
Beləki, 6 litr həcimli twin-turbo (W12) mühərriklə təhciz olunmuş yeni Bentley, 567 at gücünə malikdir.Bir əvvəlki modeldən 65 kq yüngül olan yeni Continental GT 100km/saat üçün 4.4 saniyə vaxt sərf edir. Avtomobilin maksimal sürəti isə 318 km/saat-dır.
Avtomobilə quraşdırılmış 8 düyümlük touchscreen ekran naviqasiya və Google Maps (Google Xəritələr xidməti) kimi xidmətlərdən də rahatlıqla istifadə etməyə imkan verir. Ümumiyyətlə salonda istifadə edilmiş ən son texnologiya və yüksək keyfiyyətli materiallardan danışmağa məncə ehtiyac yoxdur.
Bir digər yeni xəbər isə, Bentley, bu avtomobilin(Bentley Continental GT) V8 modelini də təqdim etməyə hazırlaşır. 4 litr həcimli mühərrik, Audi avtomobil şirkəti ilə ortaq hazırlanıb. Yeni mühərriklə təhciz olunmuş avtomobilləri isə şirkət 2012-ci ildən etibarən satışa çıxarmağı planlaşdırır.
Yeni Continental GT (V12) $190.000 başlayan qiymətlərlə Avropada satışa çıxarcaq. 2012-ci ildə istehsal olunacaq V8 modelinin qiyməti isə $150.000 daha ucuz olaması planlaşdırılır. Bu qiymətlər Azərbaycan sərhədləri çərçivəsində hər nə qədər realdır, bunu demək çox çətindir, amma bu möhtəşəm avtomobilə sahib olmaq istəyənlər üçün məncə bunun heç bir fərqi yoxdur.
No comments:
Post a Comment