Friday, May 20, 2011

Arzu Aliyeva in White Lace Dolce&Gabbana Dress

Bu sezon ağ krujevalı parçaların çox dəbdə olduğunu, 2011-ci il yaz-yay moda trendləri haqqinda danışarkən(burdan baxa bilərsiniz) demişdim. Erdem, Ralph Lauren, Oscar de la RentaBrioni kimi markaların son kolleksiyalarında, biri-birindən gözəl ağ krujevalı donları görmək olar. Lakin, bu romantik parçadan danışarkən Dolce&Gabbana-nın adını xüsusilə qeyd etmək lazımdır.


 Elə Arzu Əliyeva da, bu yaxınlarda Buta Palace-da keçirilən tədbir üçün, Dolce&Gabbana  imzalı, çox zərif krujevalı, ağ don seçmişdir. Hal-hazırda, satışda olan bu möhtəşəm ziyafət libası, Arzu xanıma həqiqətən çox gözəl yaraşıb. Klarç seçimi isə, qara Bottega Veneta knot-dur. Tam olaraq hansı model olduğunu fotolardan görə bilmirəm, lakin ən sadə modelləri belə ziyafət və qırmızı xalçalar üçün çox idealdır .Qara rəngli klarç geyim ilə uyğun olsada, uğurlu seçim deyil. Gümüşü, krem,qırmızı, hətta ağ rəngli klarç ilə ümumi görüntünü daha uğurla tamamlamaq olardı. Heç bir ziynət əşyasından istifadə etməyərək, geyimini və təbii gözəlliyini ön planda tutması isə, ümid edirəm, yeni il yolkası kimi, hər nə tapsa taxan xanımlarımıza nümunə olar.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.


Sezonun ortaları olmasına baxmayaraq, artıq Dolce&Gabbana kolleksiyasının tamamı dünya ulduzları tərəfindən, müxtəlif tədbirlər üçün seçilmişdir. Bunlardan Chanel İman, Diane Kruger, Blake Lively və Anne Hathaway-in adını çəkmək olar.


Qırmızı xalçalarda, ən çox seçilən klarçlar məhz Bottega Veneta-nın knot-larıdar. Hər sezon klassik modellərlə bərabər, onlarca yeni və fərqli modelləri də, satışa çıxarılan bu knot-lar sürətlə tükənir.

5 comments:

Laman said...

Diana Kruger-in eynindeki paltar chox xoshuma gelir. Fikrimce Dolce&Gabbana-in bu ilki yaz-yay kolleksiyasi en ugurlu kolleksiyalardan birdir.

Kevin Rudolf said...

Diane Kruger-in secimlerini men de chox beyenirem.Dolce&Gabbana-nin zerif krujevalı donlari hemishe ikonikdir,bu sezon ag parchadan oldugu uchun daha da gozeldi.

Anonymous said...

Bloqunuzu yeni tapdim ve chox maraqli yazilar gordum.
Xususen Arzu Aliyeva barede yazilar meni chox maraqlandirdi.Bu xanimin hem xarici gorunushu,hem zovqu, hem de davranma terzini chox beyenirem.
Onu olkemizde en zovqlu ve yarasiqli qadin hesab edirem (taninan insanlar arasinda).
Duzdu, geyindikleri chox bahali brend geyimler olsa da, zovqe malik oldugu hiss olunur.
P.S. Eger saytiniza .com domeni ve yeni dizayn lazim olsa size komek ederem.

Elxan

Kevin Rudolf said...

Fikirlerinizle mende raziyam))Arzu Aliyeva heiqeten cox zovqlu xanimdir.))
teklifiniz uchun de choox sagolun hal-hazirda java oyrenirem ona gore bir muddet bloga fasile vermishem, yegin ki, en qisa zamanda blogu sayta chevirerem amma nese komeye ehtiyacim olsa mutleq sorusharam.
teshekkurler)

Lola said...

Агентство итальянской индустрии моды Vesuvio Musthave приглашает к сотрудничеству предпринимателей и торговые фирмы в области модной итальянской одежды и аксессуаров.Vesuvio Musthave организует оптовую закупку модной итальянской женской, мужской и детской одежды в шоу-румах ведущих фабрик Италии.
Прямые закупки в шоу-румах фабрик Италии модной одежды.
Дистанционная работа по закупкам одежды без приезда в Италию.
Отслеживание закупок и координация отправок.

Для оптовых покупателей итальянской одежды предлагаем уникальную возможность закупок модной одежды напрямую на складах Италии.
Ассортимент предлагаемого товара в итальянском регионе Кампания очень широк и отвечает самым разным требованиям по ценовому сегменту.

www.vesuviomusthave.ru

Related Posts Plugin for WordPress, Blogger...