Wednesday, May 4, 2011

Met Gala 2011

Ən böyük moda tədbirlərindən biri olan Met Gala, hər il olduğu kimi, bu ildə dünyanın ən məşhur ulduzları,dizaynerləri və moda evlərinin qatıldığı möhtəşəm bir törənlə baş tutdu.Mərhum dizayner Alexander McQueen-in şərəfinə hazırlanmış builki tədbirdə, qonaqların bir çoxu markanın yeni və köhnə kolleksiyalarından geyimləri seçmişdi.İndi isə Alexander McQueen imzalı libaslar geyinmiş qonaqlardan  bir neçəsini incələyək.


1.Gecənin ən möhtəşəm Alexander McQueen-ini, heç şübhəsiz, Gisele Bundchen geyinmişdi. Bu qırmızı libası yalnız Gisele Bundchen kimi gözəl bədən quruluşu olan biri, bu qədər uğurla daşıya bilərdi.
2.Qırmızı xalçanın ən düzgün geyinən xanımlarından biri olan, Sarah Jessica Parker də, tədbir üçün bir digər möhtəşəm McQueen-i seçmişdir. Tamamı qaşlarla bəzədilmiş libasın qapalı kəsimləri SJP-yə çox gözəl yaraşıb.
3,4.Hər zaman fərqli geyimləri ilə diqqət çəkən Daphne Guinness,ənənəsinə sadiq qalaraq bu dəfə də gecəyə sənət əsəri olan, exclusiv bir McQueen ilə qatılmışdı. Bəyənmədiyim tək seçimi isə, geyimlə uyğunsuz olduğunu düşündüyüm ayaqqabılarıdır.
5.Naomi Campbell -in üzərində bu ağ McQueen don həddindən artıq pis görsənirdi. Əlbəttdəki, geyimin qeyri-adi kəsimlərinə söz ola bilməz , lakin xanımın qara dərisinə bu rəngin heç də uyğun olmadığını  düşünürəm.
6.Fərqlilikləri sevən biri olaraq Anna Dello Russo-nun qırmızı xalça üçün seçim etdiyi Alexander McQueen smokinqi çox bəyəndim. Təbii ki, bir çox xanım belə bir geyimi geyinməyə risk edə bilməz, lakin bütün tədbirlər məhz bu cür fərqli seçimlərlə rənglənir.
7.Salma Hayek-in qırmızı xalça geyimlərini heç vaxt bəyənməsəm də, bu dəfə xanım McQueen donda həqiqətən çox gözəl və zərif görsənirdi.
8.Ümumiyyətlə, gənc xanımların qırmızı xalçada qara rəngi seçməsini heç cür başa düşə bilmirəm.Ancaq bu dəfə söhbətin  McQueen imzalı, sənət əsəri bir libasından getməsi, işləri biraz dəyişir. Məşhur model Coca Rocha-nı, dizaynerin möhtəşəm qara rəngli libası ilə, qırmızı xalçada görəndə, açığı biraz tərədDüd etdim.Lakin bu səfərlik sevimli dizaynerim McQueen-in xatirəsinə, bu detalı görməməyə çalışdım.

Törəndə bir digər diqqət çəkən marka isə Stella McCartney idi. Çox qəribə idi amma, gecədə qonaqların çoxu bu markanın geyimləri ilə görünürdü. Hətta o qədər çox Stella McCartney imzalı geyim var idi ki, adam McQueen-in gecəsi olduğuna şübhə edirdi.
9.Madonna-nı uzun zamandır bu cür gözəl görməmişdim. Son dərəcə möhtəşəm rəngi və kəsimləri olan bu Stella McCartney geyim 90-cı illərin Madonna-sını mənə xatırlatdı.
10.Rihanna isə kurjevalı qara McCartney geyimdə həddindən artıq uzun boylu görsənirdi. Profildən çəkilmiş bu fotoda xanımın ən az  "3 metir" boyu var, demək olar.
11.Tədbirin ən gənc xanımlarından olan Hailee Steinfeld, yaşına uyğun gözəl bir Stella McCartney don seçmişdir.
12.Kate Hudson da Stella McCartney geyinən xanımlar arasında idi. Hamilə olduğu üçün çox söz deməyə ehtiyac yoxdur.
13.Gwyneth Paltrow-un son dönəmdəki minimalist seçimlərini çox bəyənirəm.Yenə son dərəcə uğurlu olan zərif  bir Stella McCartney  imzalı don seçmiş xanımın geyimi, Sarah Jessica Parker-in Alexander McQueen imzalı libası ilə çox bənzər və eyni tərzdə idi.
14.Eva Mendes-ə ilk dəfə bir rəngin yaraşmadığını görürəm. Bu Stella McCartney Don necə də, yalnış seçimdir.


15.Beyonce qırmızı xalçanın uğursuz müğənnilərindəndir.Hər dəfə eyni tip, bədənə kip oturan geyimlərə üstünlük verən xanım, hər halda yaraşdığını düşünür, amma bu heç də belə deyil. Bu dəfə ki, seçimi də uğursuz bir Emilio Pucci-dir.
16.Diane Kruger  yenə də möhtəşəm görsənir. Jason Wu imzalı geyim həqiqətən çox zərifdir.
17,18.Doutzen Kroes-in qırmızı  Giambattista Valli geyimi çox uğurlu seçimdir. Arxası uzun olan ətəyin, çox fərqli parçadan hazırlanması diqqəti çəkir.
19.Zoe Saldana klassik Calvin Klein kəsimləri olan, sarı rəngli donda sadə görsənirdi.
20.Partneri məşhur aktyor Orlando Bloom ilə gecəyə gələn Miranda Kerr ağ rəngli, qısa Marchesada,sanki qanadsız mələklərə bənzəyirdi.
21.Rosie Huntington Whiteley öz bədən quruluşuna güvəndiyi üçün, çox cəsur bir geyim seçmişdir. Burberry marka don xanıma çox yaraşsa da, klarç seçimi yanlışdır.
22.Kristen Stewart-ın Proenza Schouler marka qırmızı donunun son dərəcə marağsız və uğursuz olduğunu düşünürəm.


23.Jennifer Lopez-in reklam kampaniyalarında oynadığı Gucci-dən seçdiyi bu çəhrayı donu bəyənmədim.Əslində hər detal öz qaydasında kimi görsənir, lakin ümumi görüntü uğursuzdur.
24.Podiumların ən gözəl modellərindən olan Chanel İman, bu dəfə sezonun trendi olan ağ kurjevalı Dolce&Gabbana don geyinmişdir. Chanel sumkası isə qırmızı xalçaya uyğun olmasa da, bu geyimlə çox fərqli və gözəl görsənir.
25.Kate Hudson kimi gecənin bir digər hamilə xanımı da Jessica Alba idi.Lakin Kate-dən çox daha gözəl görsənən Jessica, hamiləliyini də uğurla gizlətməyi bacarıb.Bu işdə ona Ralph Lauren marka qızılı geyimi kömək edib.
26.Natalia Vodyanova Valentino imzalı qara və nə olduğu bəlli olmayan bir libas geyinmişdir. İlk dəfədir ki, xanımın qırmızı xalçada yanlış seçim etdiyini görürəm.
27.Joan Smalls gümüşü rəngli, qaşlarla bəzədilmiş Tom Ford imzalı libası, ən gözəl şəkildə göstərməyi bacarıb.
28.Geyimini, saf gözəlliyini və duruşunu ən çox bəyəndiyim və məncə gecənin ən uğurlu seçimlərindən birini etmiş xanımı məhz Renée Zellweger idi. Bu möhtəşəm geyim Carolina Herrera imzalıdır.
29.Hər zaman qara-depresiv geyimlərdə gördüyümüz Mary Kate Olsen bu dəfə məni çox təəccübləndirərək, inanılmaz gözəl, qırmızı rəngli Givenchy don geyinmişdi. Geyimin boyun və qol hissələrindəki, yaşıl aksesuarlar isə çox fərqli bir görüntü yaradıb.
30.Met Gala-ya dəvət olunmuş qonaqların çoxu Chanel marka don geyinsə də, markanın üzü olan Blake, aralarında ən uğurlu seçimi etmişdi.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...