Lux İsveçrə saatları istehsalçısı olan Patek Phillipe, yeni xronoqrafı- "Perpetual Calendar Chronograph Ref. 5270" təqdimatını ilk dəfə Baselworld 2011 sərgisində etmişdir. Ən incə detalları ilə belə eleqantlığı və mükəmməlliyi təmsil edən yeni model, klassik Patek Phillipe xronoqraflarının davamçısıdır.Saatın 18 karatlıq ağ qızıldan hazırlanmış korpusunun diametri 41 mm-dir.Safir şüşə ilə çərçivələnmiş bu korpus,krokodil dərisi kəmər ilə daha da dəbdəbəli olmuşdur.Saat həvəskarlarının dərhal kolleksiyasına əlavə edəcəyi bu möhtəşəm modelin qiyməti isə təxmini $155,000-dır. Dünyanın ən qiymətli saatlarını istehsal edən Patek Philippe, əlbəttəki,bu saatlarla yalnız zamanı yox, həm də statusu göstərir.
No comments:
Post a Comment