Thursday, May 19, 2011

Men's Sandals S/S 2011

Yayın qızmar günlərində, hər kəs daha rahat geyim və ayaqqabılara üstünlük verir.Bu isti sezonun ən uyğun ayaqqabıları isə heç şübhəsiz, sandallardır(босоножки). Bu dəfə 2011-ci il yaz-yay kişi kolleksiyalarında olan sandallara nəzər salaq. Lanvin, Hermes, BurberryBottega Veneta kimi markaların kolleksiyalarında, bu trendy ayaqqabıların daha çox növünə rast gəlmək olar.


 Xüsusilə də, qladiator modelləri, yay aylarında qısa şort ilə geyinmək üçün idealdır. Lakin, ən böyük yalnış bu ayaqqabıların corablarla geyinilməsidir ki, bunuda yay aylarında Bakı küçələrində çox görmək olar. İndi isə sezonun satışda olan sandalları ilə daha yaxından tanış olaq.




Hər biri çox gözəldir, lakin mən Bottega Veneta-nın yaşıl sandallarını və Burberry-nin uzunboğaz qladiatorlarını daha çox bəyəndim. Ümid edirəm Bakıdan heç olmazsa birini əldə edə biləcəm.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...