Sunday, May 29, 2011

La Prairie Product Representation in Baku


İsveçrənin gözəllik və dəriyə-qulluq  vasitələri istehsal edən lux markası La Prairie tezliklə Bakıda öz butikini açır. Nüfuzlu Neftçilər prospektində açılacaq La Prairie, Avenue butikinin düz yanında yerləşir.Beləki, mayın 19-da Çinar restoranında açılış şərəfinə verilən kokteylə Azərbaycan cəmiyyət həyatının ən gözəl və dəbli xanımları dəvət olunmuşdur.


İndi isə tədbirə dəvət almış xanımların geyimlərini daha yaxından incələyək. Bəzilərini tanımasam da, düşünürəm seçimlərinə göz gəzdirmək hər birimizə maraqlı olar.
1. Zülfiyyə Xanbabayeva, bəlkə də, Azərbaycan səhnəsində ən bəyəndiyim və hörmət etdiyim xanımdır. Çox təəssüf ki, eyni sözləri geyimi üçün deyə bilməyəcəm. Artıq çəkilərini gizlətmək üçün hər zaman qara rəngli seçimlər edən xanım, bu dəfə də Gio Guererri marka qara rəngli bir don seçmişdir.Geyimin parçasının qırışması xoş olmayan görüntü ortaya çıxarıb. Klarç seçimi isə çox gözəldir.Vivienne Westewood marka krem rəngli klarç, qara geyimlə çox uğurludur.
2.Aysel Teymurzadənin seçimini bəyəndim. Səhnəyə çıxacağını da nəzərə alsaq, Philipp Plein marka rəngli ipək don uğurlu seçimdir. Amishi marka möhtəşəm klarçı və Donna Karan ayaqqabıları ilə gecənin ən gözəl görsənən xanımları arasındadır.
3.Natalia Qonçarova-nın Vivienne Westwood marka korset donu həqiqətən möhtəşəmdir. Qızılı rəngli Donna Karan ayaqqabıları da geyimə çox yaraşır. Bu cür kokteyllərdə xanımları görmək istədiyim görüntü məhz budur.
4.Bir digər möhtəşəm görüntü nümayiş etdirən xanım isə OK jurnalının redaktoru Könül Nağıyevadır.Zərif donu, Chanel 2.55 çantası və Yves Saint Laurent Tribtoo platformaları ilə xanım həqiqətən qüsursuz görsənir.Ruhi Əliyevanın seçim etdiyi Francesco Scognamiglio marka kostyum isə çox maraqlıdır. Lakin kokteyl üçün nə qədər uyğundur o şübhə altındadır. Gələk ən əsas məsələyə, YSL marka möhtəşəm klarçını tamamladığı eyni rəngli YSL Trib too platformalar isə son dərəcə yanlışdır.Görünür xanım hələ də, çanta ilə ayaqqabıların eyni rəngli olması məcburiyyətinin olmadığını, hətta eyni rəngdə olmasının əksər zamanlarda yanlış olduğunu bilmir. Üstəlik seçim etdyi bu qapalı YSL Trib too-lar, bu tərz şalvarlarla heç uyğun deyil.
5.OK jurnalının redaktoru Könül xanımdan fərqli olaraq, Boutique jurnalının redaktorları Ayla Seyid Lina Əliyeva həddindən artıq uğursuz seçimlər etmişdilər. Azərbaycanın ən öndə gələn moda jurnallarından birinin redaktorları, necə oldu ki, bu qədər zövqsüz geyimlər seçdilər bunu başa düşə bilmədim.Məncə hər kəsə moda trendlərini başa salan bu xanımlar, ilk öncə öz geyimlərinə diqqət etməlidirlər. Qara və bərbad geyimlərini bir kənara qoyuram,soldakı xanımın eynəkləri, digərinin isə qapalı köynəyin üzərinə taxdığı sepi çox gülməlidir. Bəlkə də, adi bir xanımın seçimi olsaydı bu qədər danışmazdım,lakin söhbət mənim ən sevimli jurnalım Boutique-in redaktorlarından gedəndə işlər biraz dəyişir.
6.Bu şəkildəki xanımları tanımasam da, digər xanımların çoxuna nəzərən daha gözəl geyinmişdirlər. Soldakı xanımın seçimi də qara rəngli sadə bir dondur, amma geyimi tamamladığı yaşıl rəngli YSL klarç, şərf və kəmər həqiqətən çox uğurludur. Fikir verdinizsə, xanımın seçim etdiyi YSL ayaqqabılar, klarçı ilə eyni rəngdə deyil . Bunu Ruhi xanıma misal göstərmək üçün bildirdim. Geyimin yaxasındakı zərif broşu isə çox bəyəndim.Bu xanım qədər uğurlu olmasa da, sağdakı xanımın da seçimi normaldır. Sadə qara donu, boz pencəyi, qara YSL platformalarını tamamladığı qırmızı Chanel çanta, seçimlərinə rəng qatmışdır. Təəssüf ki, geyim kokteyldən çox gündəlik və iş üçün daha məqsədə uyğundur.



7.Səbinə Həsənova sezonun ən sevilən geyimlərindən biri olan Stella McCartney marka sitrus meyvə bağlarının təsvir olunduğu möhtəşəm bir don seçmişdir. Hətta geyimi o qədər bəyəndim ki, seçim etdiyi o qəhvəyi çantanı görməməyə çalışdım.
8.Səbinə Rəhimovanın seçimi də Vivienne Westwood marka gözəl bir dondur. YSL ayaqqabıları geyimlə çox uğurlu olsa da, onlarca min dollarlıq krokodil Hermes Birkini bu tədbirə uyğun deyil. Sadə bir klarçla çox daha mükəmməl bir görüntü ortaya çıxarmaq olardı. Yanındakı, xanımın isə seçim etdiyi göy donu heç bəyənmədim.Geyim ilə eyni rəngdə olan YSL platformalar isə təəssüf ki, keçən sezonun kolleksiyasındandır.
9.Səbinə Əliyeva-nın sarı donu yaz aylarında kokteyllər üçün idealdır. Bu gözəl xanıma da çox yaraşıb. Digər xanımın D&G kolleksiyasından olan gül-çiçək donu da çox uğurludur. Hər iki xanımın çanta seçimi Lady Dior-dur.
10.Fəxriyyə Xələfova,tanıdığım yeganə Azərbaycanlı dizaynerdir. Bu gözəl xanımın seçimini də bəyənmədim. Təbii ki, geyimə pis demək olmaz, lakin bir kokteyl üçün çox adi və maraqsızdır.
11.Həyat yoldaşı ilə tədbirə gəlmiş Gülya xanım Mauruzio Pecoraro marka  donu və Givenchy klaçı ilə çox sadədir.
12.Beləki, tədbirin ən bərbad seçimlərini etmiş xanımı Aytən Babayevadır.Phillipp Plein marka skull T-shirt və jeans pencəyi çox yanlış seçimdir. Ağır makyajı və yığılmış saçlarını da bəyənmədim. Sanki xanım makyaj və saç olaraq ziyafətə, geyim olaraq isə tam tərsi gündəlik gəzintiyə hazırlaşıb.


13.Nigar Nəzərova-Escudero, bu xanımı bəzi açılış və kokteyllərdən tanıyıram. İndiyə qədər hər gördüyümdə, son dərəcə düzgün və gözəl seçimlər etmişdir. Elə bu dəfəki, seçiminə də pis demək olmaz. Sadə qara donunu, göy rəngli pencəyi və Chanel çantası ilə tamamlayan xanım uğurlu bir kombinasiya yaratmışdır.
14.Bu fotodakı xanımın krem rəngli satin donu çox zərifdir. Seçiminin bir kokteylə çox uyğun olduğunu görmək olar.
15.Fərəh Əmrahovanın seçimi də, kokteylə son dərəcə uyğun Greek Goddess marka ağ dondur.Gina marka ayaqqabılarını və kokteyl üçün həddindən artıq böyük olduğunu düşündüyüm Francesco Scognamiglio klarçını isə heç bəyənmədim.
16.Bir digər fotodakı xanımın ağ libası da tədbirin konseptinə yaraşır.Bu ağ zərif donla ən gözəl seçim etmiş xanımlardan biridir desəm yalan olmaz.
17.Üzərində palto olduğu üçün, Kamilə Rzayevanın geyimi ilə bağlı heç nə demək olmaz, lakin o Alexander McQueen klarç həqiqətən əla və fərqli seçimdir. Ümid edirəm geyimi də, klarçı kimi möhtəşəmdir.

Çox təəssüfki, bu cür kokteyllər ölkəmizdə çox az keçirilir. Görünür buna görə tədbirə gələn bir çox xanım qarderobundan düzgün istifadə edə bilməyib.Xanımlarımızın seçimlərindəki əksiklərə bir göz gəzdirək.
1.Qonaqların çoxu tədbirə adi-qara gündəlik geyimlərdə gəlmişdi.


2.Bir çox xanım yalnış aksesuarlar seçmişdi.



3.Hər kəs, eyni markalara üstünlük vermişdi.
-Çanta seçimlərində ən çox Chanel, Hermes,Dior LV. Klarç olaraq isə YSL.



-Ayaqqabı seçimlərində ən çox YSL Trib too.  Hər-halda qonaqların 90%-i bu modeli seçmişdir.Bu xanımlara Christian Louboutin, Giuseppe ZanottiJimmy Choo kimi dünyada söz demiş lux ayaqqabı markalarının da olduğunu xatırlatmaq istəyirəm.

2 comments:

camila said...

AAA bunların hamsı eyni ayaqqabını geyiniblər ki.Fikirləriniz çox maraqlıdır. davam edinnn

Kevin Rudolf said...

Chox sagolun Camila xanim))

Related Posts Plugin for WordPress, Blogger...