Friday, June 3, 2011

Mercedes Benz A Class Ad Company

Baxmayaraq ki, Mercedes Benz müxtəlif moda həftələrinə sponsorluq edir, uzun zamandır ki, şirkətin reklamlarında moda çalışmalarını görə bilmirdik.


 Nəhayət,Mercedes Benz yeni A class 2012 modelinin reklam çəkimləri üçün dünyanın ən məşhur top modeli, fotoqrafı və dizayneri ilə əməkdaşlıq etmək qərarına gəlib və təbii ki, bu cür profesionallarla çalışaraq ortaya möhtəşəm bir iş çıxarmamaq mümkün deyil. 

 

Terry Richardson tərəfindən çəkilən reklamda dünyanın ən məşhur və sevilən modellərindən olan Jessica Stam modellik etmişdir. Jessica-nın  bu sexy geyimi isə Eamnuel Ungaro imzası daşıyır.Mercedes bu cür fashionable modeli  ilə, görünür daha çox xanımların qəlbinə yol tapmağa çalışır.


  


No comments:

Related Posts Plugin for WordPress, Blogger...