Azərbaycanın ən böyük multibrand butikilərindən biri olan Emporium-un Facebook-da keçirdiyi "The Hippest Bag" foto müsabiqəsindən yəqin bir çoxunuz xəbardarsınız. Biri-birindən gözəl xanımların çantaları ilə çəkdirdiyi fotolar "like" vasitəsi ilə səs verməyə qoyuldu və qalib Gül Ələkbərova adlı iştrakçı oldu. Hermes Birkin çantası ilə çəkdirdiyi fotonun birinci seçilməsi xanıma bir çanta daha qazandırdı. Emporium tərəfəndin hədiyyə edilən çanta möhtəşəm çəhrayı bir Prada idi.
Gələk hədiyyəni təqdim edən xanıma. Adının Sabina olduğunu komentlərdən öyrəndiyim bu xanımın seçim etdiyi Prada libas həqiqətən çox gözəldir.Bu sezonun ən məşhur və sevilən donlarından biri olan bu Prada-nın eynisini daha əvvəl Eva Mendes də geyinmişdir.La Prairie butikinin açılışındakı bərbad seçimlərdən sonra(burdan baxa bilərsiniz) Sabina xanımın trendy seçimini dərhal sizinlə paylaşmaq istədim.
No comments:
Post a Comment