Bu sezonun vitrinlərinə göz gəzdirdiyimdə,diqqətimi ən çox çəkən Louis Vuitton-un Londondakı yeni butiki üçün, dizayner Billie Achilleos-a hazırlatdığı bu möhtəşəm heyvan heykəlciklərindən ibarət vitrinlər oldu. Beləki, markanın kiçik monogram aksesuarlarından hazırlanan heyvan fiqurları qısa zamanda hər kəsin diqqətini çəkməyə başladı.Əminəm mənim qədər siz də bəyəndiniz.)
Ümumiyyətlə,markalar arasında vitrinlərini ən çox bəyəndiyim Hermes-dir. Xüsusilə də, Paris-dəki butikinin vitrinləri hər sezon sanki Picasso-nun fırçasından çıxmış kimi artistik olur. Müxtəlif temalar üzərinə qurulan, fərqli dünya mədəniyyətlərini əks etdirən vitrinlər, tək kəlimə ilə möhtəşəmdir.
No comments:
Post a Comment