Sunday, June 19, 2011

Prada Yaz-Yay 2011 Gün Eynəkləri


Lux italyan marka Prada-nın yaz-yay 2011 kolleksiyasının nə qədər uğurlu olduğunu, məncə yenidən deməyə ehtiyac yoxdur. İstər geyimləri, istərsə də fərqli aksesuarları ilə marka bu sezon trend yaratmağı bacardı.(Prada yaz-yay 2011 kolleksiyasına burdan baxa bilərsiniz).


Yayın başlaması ilə, qarderoblara daxil olan ilk aksesuarlar əlbəttə ki, gün eynəkləridir. Bu sezonun ən diqqət çəkən eynəkləri isə məhz Prada kolleksiyasında idi. Qlamur çərçivəli eynəklər, bu sezonun ən çox seçilən eynəkləri arasınadır. Qiymətləri $250-$290 arasında dəyişən eynəklər, bu sezon fərqli görünmək istəyən xanımlar üçün idealdır.





Yeri gəlmişkən Prada payız-qış 2011 kişi kolleksiyasının reklamları üçün, "Spiderman" filmindən tanıdığımız 35 yaşlı aktiyor Tobey Maguire-nı seçib. İlk fotolardan seçimin çox uğurlu olduğunu demək olar.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...