Friday, June 17, 2011

Angelina Jolie is a New Face of Louis Vuitton

Bir müddət bundan əvvəl Louis Vuitton-un yeni reklam üzünün Angelina Jolie olacağı açıqlandı. Beləki, marka ilə 10 million dollara razılaşan aktrisanı o gündən sonra yerli-yersiz LV Monogram çantaları ilə görmək mümkündür. Təbii ki, bu normal haldır. Əgər məndə çəkimləri bir neçə saat çəkən bir reklam üçün bu qədər pul alsaydım, hələ üstünə bir də, insanların xəyallarını bəzəyən LV çantalarına pulsuz sahib olsaydım, yəqin ki, hər yerə bu möhtəşəm çantalarla gedərdim))


Çox təəssüf ki, reklamı bəyənmədim. Məncə çox maraqsız və solğun bir çalışma alınıb. Daha əvvəl bir çox dünya ulduzu markanın reklamlarında yer almışdır. Bunlardan ən məşhuru və yadda qalanı isə pop diva Madonna-nın 2009-cu ildə çəkildiyi kompaniyadır. Angelina ilə müqayisədə, Madonna LV ilə həddindən artıq canlı və dinamik bir iş ortaya çıxarmışdı. Mənim fikrimcə Madonna bu markaya daha çox yaraşır.



No comments:

Related Posts Plugin for WordPress, Blogger...