Tuesday, May 17, 2011

Bottega Veneta Resort 2012


Bottega Veneta deyərkən, insanların ağlına ilk növbədə toxunma çantalar və knotlar(klarç) gəlir. Lakin, markanın son bir neçə kolleksiyasına göz gəzdirsək, ən az dəri aksesuarlar qədər, geyimlərin də çox uğurlu olduğunu görmək olar.


 Dünən(16 may) görücüyə çıxarılan Resort 2012 kolleksiyası da, həqiqətən çox gözəl idi. Çantalardan söz etməyə məncə ehtiyac yoxdur. Əminəm hər biri satışa çıxdığı andan etibarən, sürətlə tükənəcək. Geyimlərə gəldikdə isə, kreativ dizayner Tomas Maier-in hazırladığı kolleksiyada, ilk diqqətimi çəkən  rənglərin möhtəşəm kobinasiyasıdır. Donların detallarla zənginləndirilmiş sadə kəsimləri, xanımların bu geyim növünü müxtəlif məqsədlər üçün seçim etməsinə imkan verir.

Beləki, hər zaman gözəl və dəbli görsənməyi sevən xanımlar, bu geyimləri həm gündəlik həyatında, həm də müxtəlif açılış və kokteyllərdə rahatlıqla geyinə bilər. Xüsusilə də, bədən quruluşuna güvənən xanımlar üçün, beli korsetli donlar idealdır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...