Monday, May 9, 2011

Cindy Crawford for Vogue Mexico


Vogue Meksikanın may ayı qapağını 90-cı illərin ən sexy topmodellərindən olan Cindy Crawford bəzəyir. Sezonun ən məşhur və sevilən geyimlərindən seçilərək hazırlanmış fotolarda, Cindy-nin hələ də çox gözəl bədən quruluşuna sahib olduğunu görmək olar. Açığı fotosesiyanı heç bəyənmədim,çünki çox adi olduğunu düşünürəm. Hər halda, dünyanın ən məşhur modellərindən biri ilə, daha fərqli və maraqlı  fotosesiya etmək olardı.

Geyim Lanvin
Ziynət əşyaları Janis Savitt

Geyim Chanel
Ziynət əşyaları Janis Savitt

Bu Vogue çəkimlərini sizinlə paylaşma səbəbim, nə bu maraqsız fotosesiya, nə də sezonun başlanğıcından etibarən bütün jurnllarda gördüyümüz geyimlərdir(Burberry,Lanvin və Gucci kolleksiyasından seçilmiş geyimlər,bu sezon ən az 15-20 jurnalın çəkimlərində istifadə olunub ). Əsas səbəb isə əlbəttəki, Cindy Crawford-dur. Uzun zamandır, mediada görə bilmədiyim xanımı, Vogue Meksika yenidən üzə çıxardığı üçün çox sevindim.


Geyim Louis Vuitton
Platforma(ayaqqabı) Christian Louboutin

Geyim Gucci
Ziynət əşyaları Chanel


Gödəkçə Burberry Prorsum
Lingerie Dolce&Gabbana
Ziynət əşyaları ChopardChrome Hearts


Geyim və aksesuarlar Hermes

Geyim Miu Miu
Aksesuar Hermes

Geyim Preen
Ziynət əşyaları Janis Savitt

No comments:

Related Posts Plugin for WordPress, Blogger...