Friday, May 27, 2011

Leyla Aliyeva wears Yves Saint Laurent Sunglasses

Bəzən günəşdən qorunmaq, bəzən geyimi tamamlamaq, bəzən isə yorğunluğu gizlətmək üçün istifadə olunan gün eynəkləri, yay aylarının ən vacib aksesuarlarıdır. Oliver Peoples,Ray Ban, Persol,Tom Ford və daha bir çox markalar, hər sezon biri-birindən gözəl onlarla müxtəlif eynək modelləri təqdim edirlər. Bu sezonun gün eynəklərinə gəldikdə isə, çərçivə kəsimində dairə, oval və "cat-eye frame"-lər, rəng olaraq isə daha canlı rənglər dəbdədir. Təbii ki, klassik modelləri də yaddan çıxarmaq olmaz.


Məsələn, Leyla xanımın seçimi olan bu Yves Saint Laurent marka, qara rəngli "cat-eye frame" eynək, sezonun ən dəbli eynəkləri arasındadır. Şəxsi fikrimi soruşsanız satışda olan qırmızı rəngli modeli daha çox bəyəndim.


 Hal-hazırda satışda olan digər "cat-eye frame" eynəklərələ daha yaxından tanış olaq.Hər zaman dəbi izləyən xanımlara, bu çərçivədəki eynəklərdən ən az birini mütləq qarderoblarına əlavə etməyi məsləhət görürəm.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...