Friday, May 6, 2011

Emin Agalarov in Burberry Trench Coat

Son dönəmdə adını daha çox musiqi sektorundakı uğurları ilə eşitdiyimiz Emin Ağalarov, bu dəfə də yeni klipinin çəkilişi üçün setdə görsəndi. Daha əvvəldə dediyim kimi,(burdan baxa bilərsiniz) Emin uzun illərdir Rusiya, Azərbaycan və MDB-də bir çox lux geyim və ayaqqabı markasının  təmsilçiliyini edir. Moda dünyası ilə bu qədər yaxından maraqlanması, onun geyim seçimlərində də,hər zaman uğurlu olmasına səbəb olur. Klipin çəkimi üçün seçim etdiyi klassik Burberry trençi çox bəyəndim. Burberry "London" kolleksiyadan olan trençkot online satışda $1700-dır. Beləki, həm klassik, həm də denim üslub ilə rahatlıqla uyğunlaşan bu ikonik geyim vasitəsi Emin bəyə çox yaraşıb.


Burberry sayəsində, bütün dünyada modasevərlərin qarderoblarını bəzəyən bu geyim növünə sahib olan dünya ulduzları da az deyil. Hər il müxtəlif rəng və çeşidlə təqdim olunan ikonik Burberry trençlər, Emma Watson, Rihanna, Madonna,Angelina Jolie, Victoria BechkamBlake Lively kimi dünya ulduzlarının da sevimli geyimidir.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...