Tuesday, May 10, 2011

Chanel Resort 2012 Collection


Chanel-in  Hotel du Cap-Eden-Roc-da həyata keçirdiyi Resost 2012 kolleksiyası, insanı nağıllar aləminə aparacaq qədər zərifdir. Karl Lagerfeld-in ağ satin parçadan hazırladığı geyimlər həqiqətən çox romantikdir. Əminəm koolleksiya satışa çıxdığı andan etibarən Chanel sevərlərin qarderobları ağ rəngə boyanacaq. Xüsusilə də, gül naxışları ilə bəzədilmiş geyimlər, çox gözəldir.



Kolleksiyada diqqət çəkən bir digər hissə isə ağ-qara rəngli çimərlik geyimləridir. Hər zaman baxımlı görsənməyi sevən xanımları, Chanel, çimərliklərdə də gözəl görmək istəyir.


Klassik rənglərlə bərabər sarı və bənövşəyi rəngləri də, kolleksiyada görmək mümkündür. Eyni zamanda, yaz ayları üçün ideal olan gül-çiçək motivli geyimlər də üstünlük təşkil edir.



Show baxımdan hər şey o qədər gözəl idi ki:- geyimlər, seçilmiş modellər, məkan və s. tək qüsur isə hər zamankı kimi ayaqqabılar idi. Karl Lagerfeld moda adına hər işin öhdəsindən uğurla gəlməyi bacarır, yeganə ayaqqabı dizayn etməkdən başqa.Çox maraqlıdır ki, hər il möhtəşəm geyimləri, çantaları, aksesuarları yaradan insan necə olurki, bu cür zövqsüz ayaqqabıları dizayn edir. Məncə, markanın ayaqqabı dizayneri tezliklə dəyişməli və bu iş profesional ayaqqabı dizaynerlərindən birinə tapşırılmalıdır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...