Saturday, May 14, 2011

Porsche Design RFF135 Catamaran Yacht

Əvvəlcə demək istəyirəmki, Google Blogger xidmətindəki bəzi dəyişikliklərlə bağlı iki gündür blogumda yazı yaza bilmirəm. Təmir müddəti uzun çəkəcək deyə çox qorxdum, amma nəyisəki, qısa zamanda həll oldu. Mən də, ən son lux xəbərlər haqqında, yenidən yazmağa davam edirəm.


Bu dəfə, Porsche Design ilə lux yaxta istehsalçısı Royal Falcon Fleet-in ortaq məhsulu olan Porsche Design RFF135 Catamaran Yacht haqqında məlumat vermək istədim. İdman avtomobilləri ilə dünyada çox böyük uğur qazanmış Porsche, görünür yaxta dizaynında da öz ənənəsinə sadiq qalıb.




Dizaynında daha çox parlaq materialdan istifadə olunması, yaxtaya daha modern və idman görünüşü qazandırıb.135 ft uzunluğu olan yaxtada, 10 sərnişinin və 10 nəfərlik işçi heyyətinin rahatlıqla qalması mümkündür.




RFF135-in gücünə gəldikdə isə, hər biri 4600 at gücünə malik olan,V16 twin-turbo dizel mühərriklə təhciz olunub. Beləki, gələn ilin sonuna istehsal olunacaq bu ultra-lux yaxtanın ilkin qiyməti $58 million olması planlaşdırılır.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...