Yeni sezonun Moschino kolleksiyası 80-cı illərin qərb stilindən ilhamlanaraq hazırlanıb. Moschino-nun sevimlisi olan xallı və zolaqlı geyimlər,qızılı detallar,pioner şərflər,böyük ölçülü eynəklər və nəhayət kolleksiyanın əsas temasını təşkil edən cowgirl papaqlar markanın fərqliliyini və özünəməxsusluğunu göstərir. Öz klassik stilinə sadiq qalan Moschino yenə də qara, ağ və qırmızı rənglərin kombinasiyasından möhtəşəm bir iş ortaya çıxarıb. Xatırladım ki, Bakının Rəsul Rza küçəsində yerləşən Moschino butikindən də geniş çeşiddə kişi və qadın geyimlərini əldə etmək mümkündür.
Yeni yaz-yay 2011 kolleksiyasının ən sevilən geyim və aksesuarlarından bir neçəsinə nəzər salaq. Klassik Moschino pencəkləri, ikonik ətək və bluzlar həqiqətən bu sezonun "must have"("mütləq olmalı") geyimləridir.
No comments:
Post a Comment