Wednesday, April 6, 2011

Dsquared2 S/S 2011 Shoes Collection for Men

Kanadalı əkiz qardaşlar Dean və Dan  markaları Dsquared 2  üçün yeni kişi  ayaqqabı kolleksiyasında daha çox rəngə və çeşidə üstünlük veriblər. Yaz-yay aylarının əhval-ruhiyyəsi hiss olunan gənc və dinamik görünümlü krasovkalar isə kolleksiyanın ən diqqət çəkən hissəsidir. Sarı,qırmızı,yaşıl,göy-bir sözlə, yaz aylarında açıq rəngli denim cinslərlə geyiniləcək ən möhtəşəm krasovkalar. Xüsusilə də, "high top"(uzun boğaz) krasovkalar mənim ən bəyəndiklərimdir. Bir çoxunun üzərində Dsquared2 , Dean&Dan yazısı ilə bərabər markanın yarandığı Kanadanın  bayrağını da görmək mümkündür.




Markanın krasovkaları qədər olamasa da, klassik kişi ayaqqabıları da fərqli və gözəldir. Yenə də, dizaynerlərin diqqəti daha çox krasovkalara verdiyini görmək elədə çətin deyil.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...