Tuesday, April 19, 2011

Evening Look!!!

Hal-hazırda butiklərdə satışda olan geyimlərdən seçərək yaratdığım bu kombinasiya ilə sizdə sezonun stil sahibi cütlükləri arasına daxil ola bilərsiniz. Bu dəfə aprel ayında ziyafət vəya qızrmızı xalça törənlərində rahatlıqla seçim edə biləcəyiniz bir görüntü yaratmaq istədim.


1.Fərqli rəng və kəsimləri olan bu möhtəşəm Zac Posen don xanımların ziyafət seçimi üçün idealdır. V-şəkilli yaxa hissəsi tül ilə örtülən donun, ətək hissəsi də çox fərqli və gözəldir. Şifon parçadan hazırlanmış bu Zac Posen donun qiyməti $3800-dır. Fashion Show-dan seçilmiş bu geyim satıldığı butiklərdən sürətlə tükənməyə başlayıb.


2. Yeni yaz-yay Gucci kolleksiyasında ən diqqət çəkən hissələrdən biri  məhz qarderobların əvəzolunmazı olan  möhtəşəm sandal-lardır(ayaqabbılar). Bu qəhvəyi tonlardakı Gucci-lər də, həm çox gözəl, həm də bizim geyimə çox uyğundur. Yeni sezonda xanımların must have listindəki ayaqqabılar arasında ən önəmli yerlərdən birini tutan bu Gucci sandal-lar $895-dır.


3.Klarç seçimi həqiqətən çox önəmlidir. Bu cür sönük tonlardakı geyimlərlə klarç seçimi etmək o qədər də çətin deyil. Beləki, sadə qara,qəhvəyi və krem tonlarındakı klarç-lar bu geyimlə çox uyğun olacaq. Lakin, geyimi canlandımaq üçün qızılı mirvarilərlə işlənmiş bu Chloe-ni seçsək həqiqətən  kombinasiyaya fərqli bir hava qatacağıq. Qiyməti $2195-dır.


4.Ziynət əşyalarına gəldikdə isə çeşid çox genişdir.Yaxa hissəsi bu cür qapalı olan ziyafət donlar ilə  boyunbağı geyinmək çox böyük yanlışdır.Lakin digər aksesuarlardan rahatlıqla istifadə edə bilərsiniz. Məsələn, bu Anita Ko ilan üzük $2415 , Roberto Coin qolbaq $2780Bottega Veneta-nın bu sezonun ən çox seçilən oksidləşdirilmiş gümüş sırğaları  $2415   bizim geyimlə çox uyğun seçim olar.


1.Kişilər üçün seçim isə hər zamankı kimi yenə də çox sadə və klassikdir. Yaz ayları üçün smoking seçimində qaradan çox tünd göy rənglərə üstünlük vermək daha məqsədə uyğundur. Məsələn, bu Burberry Prorsum smoking qırmızı xalça törənlərində Hollywood ulduzlarının ən çox seçim etdiyi smokinglər arasındadır. Burberry pencək $1435 ,şalvar isə $465-dir.


2.Ağ köynək smokinglə geyinmək üçün ən uğurlu varinadır. Təbii ki, bəzi hallarda bu formal geyim ilə göy rəngli köynəklərində seçildiyini görə bilərik,  lakin heç vaxt ağ köynəyin əvəzləyicisi ola bilməz. Beləki, bu gördüyünüz Gucci slim köynək həqiqətən çox keyfiyyətli və bədənə oturandır. Qiyməti isə $395-dır.


3.Ayaqqabı seçiminə gəldikdə, qırmızı xalçalarda smoking və kostyumlarla ən çox parlaq laklı ayaqqabılara üstünlük verilir. Elə Gucci-nin bu $545-lıq ayaqqabıları da bizim seçimə çox uyğundur.


4. Nəhayət geyimimizi tamamlamaq üçün aksesuar seçimi edək. Qırmızı xalçalarda smokingləri həm papyon(bow tie), həm də nazik qalstuklarla geyinən məşhurları görmək olar. Biz üstünlüyümüzü papyon-a versək daha yaxşı olar.Seçdiyimiz bu göy rəngli Lanvin papyon-un qiyməti  $270-dır. Kəmər seçimində isə ən böyük yanlış məhz nəzərəçarpan logolu kəmərlərin seçilməsidir. Lakin sadə dəri yerinə bu aliqator Ralph Lauren kəməri seçsəniz öz zənginliyinizi və göstərişinizi daha uyğun və düzgün yolla ifadə etmiş olarsınız. Qiyməti $975-dır. Kişilərin öz geyimlərini tamamlamaq üçün seçim etdikləri saat isə ən vacib detaldır. Bu $6500-lıq Tag Heuer saat göy rəngli korpusu və dərisi ilə, bizim smokinglə də uyğunluq yaradacaq.Nəhayət, son aksesuar olan qol düymələrinə gəldikdə, rahatlıqla seçim azadlığının geniş olduğunu deyə bilərəm. Məsələn, bu Lanvin-lər sadə və gözəldir. Qiyməti isə $415-dır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...