Monday, April 25, 2011

Valentino Yaz/Yay 2011 Kişi Kolleksiyası


Qırmızı xalçaların əvəzolunmaz markası olan Valentino, qadın kuturye geyimlərində öz sözünü demiş ən böyük moda evlərindən biridir. Hər nə qədər qadın kollekisyalarındakı geniş çeşidi və  müxtəlifliyi kişi kolleksiyalarında görməsək də, bu bir neçə geyimdən ibarət olan kiçik kolleksiyasını həqiqətən çox bəyəndim. Heç düşünmədən hər birini ala bilərəm. Müxtəlif kəsimli kostyum və smoking-lər yaz-yay aylarındakı ziyafətlər və qırmızı xalça törənləri üçün idealdır. 





 Açıq qəhvəyi tonlarda olan kostyum və yaşıl pencək (altdakı foto) yaz aylarında kişi qarderoblarının "olmasa olmaz "("must have") geyimləridir. Hələ o yosun yaşılı pencəyi hədiyyə olaraq alsam çox sevinəcəm.)))

Kolleksiyadakı bir-birinə möhtəşəm uyğunlaşan cins, köynək və dəri gödəkçələr, Valentino-nun klassik geyim üslubu ilə bərabər denim üslubda da çox uğurlu olduğunu göstərir. Təəssüf ki, kolleksiya çox kiçikdir və sadəcə bir neçə geyimdən təşkil olunub.





 Sevindirici hal isə Bakıdakı Valentino butikindən həm kişi, həm də qadın geyimlərini əldə etmək mümkündür.


No comments:

Related Posts Plugin for WordPress, Blogger...