Tuesday, September 13, 2011
Ermenegildo Zegna Celebrates 20 Years in China
Lux kişi geyimlərinin ən böyük istehsalçılarından olan Ermenegildo Zegna Çin bazarındakı 20-ci ilini qeyd edir. Beləki, bu böyük bazara 1991-ci ildə daxil olan marka ildönümünü qeyd etmək üçün 20 parçalıq məhdud kolleksiya çıxarıb.Saatlar, qol düymələri, telefonlar, dəri və bütün digər aksesuarlar sadəcə Çinin ən böyük Ermenegildo Zegna butiklərində satışa çıxarılacaq.
Bütün kolleksiya xüsusi zövq və yüksək keyfiyyətlə hazırlanıb lakin bunlar arasında üçü varki ən möhtəşəm və diqqət çəkən parçalardır. Hər birindən sadəcə 20 ədəd istehsal olunmuş Vertu-Zgna telefon, Girard-Perregaux-Zegna saat və Tateossian-Zegna qol düymələri kolleksiyanın ən qiymətli aksesuarlarıdır. Hər üçünün hazırlanmasında 18 karatlıq çəhrayı qızıldan, telefon və qol düymələrində yaqut daşlardan, telefon və saatda aliqator dərisindən istifadə olunub.Kolleksiyanın tamamını çox bəyəndim.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment