Bədən quruluşuna güvənən cəsur xanımların ən sevimli markası ,tam rahatlıqla
Herve Leger-dir deye bilərəm.Dizayner
Max Azira 3 kolleksiya(
BCBG,Max Azira,Herve Leger) təqdim etsə də, Herve Leger-in bandaj donları özünəməxsusluğu ilə seçilir.Bədəni kip saran bu Herve Leger donlarını tanımaq elə də çətin deyil. Hər sezon çox sadə modellərlə bərabər müxtəlif kəsimləri və işləmələri olan Herve Leger donlar da xanımların qarderoblarına daxil olur. Buna misal olaraq
Leyla Əliyevanı göstərmək istəyirəm. Leyla xanım bu həftə içində biri ən sadə formada olan qara
Herve Leger don, digəri isə yay aylarının ahənginə uyğun olan çəhrayı
Herve Leger don seçmişdir.Daha çox çəhrayı modeli bəyəndim. Ən azından yaşına və sezona uyğun olduğu üçün. Ayaqqabı seçimi isə hər zamankı kimi
Yves Saint Laurent Trib Too-dur. Azərbaycan xanımlarının həddindən artıq sevdiyi(
buradan baxa bilərsiz) bu modeldən mən artıq bezdim. Bir daha xanımlarımızın nəzərinə
Christian Louboutin-i,
Jimy Choo-nu və şəhərimizdə tezliklə açılacaq
Giuseppe Zanotti-ni(
burdan baxa bilərsiniz) çatdırmaq istəyirəm.
Kempinski Badamdar otelinin açılışında isə Leyla xanım qara rəngli sadə
Herve Leger bandaj don geyinmişdir. Bu modeli açığı bəyənmədim. Yay aylarında bu cür düzgün bədən quruluşu olan gözəl xanımları daha canlı rənglərdə görmək istəyirəm. Bu dəfə ki ayaqqabı seçimində isə, Leyla xanım
YSL platformalarını
Sergio Rossi ilə əvəz edib. Ümid edirəm bu dəyişikliyi daha tez-tez görərəm.
Bir çox Azərbaycan xanımları kimi,
Leyla Əliyeva da
Herve Leger donlarını dəfələrlə geyinib. Xanımın daha əvvəl seçim etdiyi bandaj Herve Leger-lərə bir daha nəzər salaq.
Ümumiyyətlə, dünya ulduzları da bu markanın donlarına biganə qala bilmir.
Victoria Beckham,Megan Fox,Gisele Bundchen bu uduzlardan sadəcə bir neçəsidir.
No comments:
Post a Comment