Dünyanın ən diqqət çəkən avtomobili olan Bugatti Veyron standartları alt-üst etməkdə davam edir.Beləki, Almaniyanın məşhur porselen şirkəti olan Königliche Porzellan-Manufaktur ilə ortaq hazırlanan yeni Bugatti Veyron Grand Sport L’Or Blanc öz qeyri-adi dizaynı ilə bugünə qədərki ən fərqli modeldir.
Exterier və interierində porselen elementlərin olduğu ilk avtomobil kimi tarixə düşən L’Or Blanc-ın oturacaqlarında KPM-nin loqoları yer alır.Eyni zamanda oturacaqların arasında ayaqüstə durmuş fil loqosu iki şirkətin əməkdaşlığını təmsil edir. Bu həftə içində satışa təqdim olunan bu əl işi avtomobilin qiyməti $2,4 milliondur.
No comments:
Post a Comment